Təmizlənmiş kərə yağı

Hazırlanma vaxtı:
Təmizlənmiş kərə yağı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 200 qr duzsuz kərə yağı

Hazırlanma qaydası

Təmizlənmiş kərə yağı (əridilmiş yağ) adi kərə yağının tərkibindən suyun, südlü zülalların və süd şəkərinin təmizlənməsi ilə əldə edilir. Bu cür yağın tərkibində (adi kərə yağından fərqli olaraq) suyun miqdarı az olduğundan onu daha çox saxlamaq olur. Adi ev temperaturunda təqribən 9 ay, soyuducuda isə 15 aya qədər saxlamaq olar.

Gəlin onun hazırlanması ilə ətraflı tanış olaq.

1. İnqredient - kərə yağı.

temizlenmish-kere-yagi-01


2. Az odda yağ əridilir. Üzərində əmələ gələn bütün köpüklər götürülür.

temizlenmish-kere-yagi-02


3. Tərkibində olan südlü zülalların dibinə çökməsi üçün, əridilmiş yağ bir müddət kənarda saxlanılır.

temizlenmish-kere-yagi-03


4. Sonra ehtiyyatnan üzərindəki şəffaf yağ götürülür. Dibində ağ çöküntü qalır. Reseptdə 200 qr kərə yağından 150 qr təmizlənmiş yağ alındı. Bəzən qızartmalarda bitki yağı əvəzinə bu cür təmizlənmiş kərə yağından istifadə edilir.

temizlenmish-kere-yagi-04

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/927/clarified-butter/

Bənzər reseptlər: