Toyuq bulyonu

Hazırlanma vaxtı:
Toyuq bulyonu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 ədəd içi təmizlənmiş toyuq
  • 2 ədəd baş soğan
  • 2 ədəd kərəviz özəyi
  • 1 ədəd kök
  • bir neçə kəklikotu budağı
  • 3 noxud qara istiot
  • 1 ədəd dəfnə yarpağı
  • 2 dəstə cəfəri

Hazırlanma qaydası

1. İnqredientlər.

toyuq-bulyonu-01


2. Təqribi 8-10 sm ölçüdə sümüklər doğranılır.

toyuq-bulyonu-02


3. Sümüklər bir qazana yerləşdirilir və üzərinə soyuq su əlavə edilir.

toyuq-bulyonu-03


4. Daimi köpüklər yığışdırılaraq ət qaynadılır.

toyuq-bulyonu-04


5. Qaynadıqda qazın odu azaldılır və bulyona doğranmış kök, soğan, kərəviz özəyi və istiot əlavə edilir.

toyuq-bulyonu-05


6. Ardınca buket kimi bağlanmış kəklik otu, cəfəri və dəfnə yarpağı əlavə edilir.

toyuq-bulyonu-06


7. Qapağı bir qədər bağlanmış formada, az odda təqribi 3,5-4 saat bişirilir. Təqribən 4 saatdan sonra dolğun və ətirli bulyon hazır olur.

toyuq-bulyonu-07


8. Sonra bulyon süzgəcdən keçirilir.

toyuq-bulyonu-08


9. Bulyon şəffaf, dolğun və ətirli alınmalıdır. Hazırlama zamanı bulyona ona görə duz vurulmur ki, sonra bulyonu istifadə etdikdə, şorbaya nə qədər duz əlavə edilməsini biləsiniz.

toyuq-bulyonu-09


10. Bulyon xüsusi qaba yerləşdirilir.

toyuq-bulyonu-10


11. Və əgər bulyon hazır olandan sonra dərhal istifadə edilmirsə, onu soyuq suda soyudub, sonra soyuducunun dondurucu kamerasında saxlamaq lazımdır.

toyuq-bulyonu-11

Nuş olsun!

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/964/white-stock/

Bənzər reseptlər: