Toyuq ətindən xolodes

Hazırlanma vaxtı:
Toyuq ətindən xolodes

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kq toyuq boğazı
  • 1 ədəd baş soğan
  • 3-4 ədəd dəfnə yarpağı
  • 2-3 diş sarımsaq
  • 5-7 ədəd qara istiot (noxudlar)
  • duz
  • 1,5 x/q jelatin

Hazırlanma qaydası

Xolodes (rusca "холодец") — soyudulmuş ətli bulyondan hazırlanan yeməkdir. Xolodes əsasən qoyun və ya mal baş-ayağından hazırlanır. Lakin bu yeməyi həmçinin toyuq bulyonundan da hazırlayırlar.

1. İnqredientlər.

toyuq-xolodes-01


2. Toyuq boğazları yaxşı yuyulur və qazana yerləşdirilir. Üzərinə su dolduraraq qaynadılır. Su qaynadıqda üzərinin köpükləri götürülür, qazın odu azaldılır. Qazana qabığı soyulmuş baş soğan, qara istiot və dəfnə yarpaqları əlavə edilir.

toyuq-xolodes-02


3. Təqribən 3-4 saat az odda bişirilir. Sonda duz əlavə edilir.

toyuq-xolodes-03


4. Boğazlar bulyondan çıxarılır.

toyuq-xolodes-04


5. Boğazlar bir qədər soyuyandan sonra ətləri sümükdən ayrılır. Sarımsaqlar xırda doğranılır. Jelatin isti su ilə qarışdırılır.

toyuq-xolodes-05


6. Ətlər boşqaba yerləşdirilir, üzərinə jelatinlə qarışdırılmış bulyon əlavə edilir.

toyuq-xolodes-06


7. Boşqabın qapağı bağlanıb soyuducuya yerləşdirilir. Təqribən 1 gun (və ya bir neçə saat) soyuducuda qalandan sonra xolodes hazır olur.

toyuq-xolodes-08


8. Süfrəyə verərkən yanında zövqə görə göyərti, xardal verilə bilər və ya daha yaxşı qara çörəklə soyutma kartof. Nuş olsun!

toyuq-xolodes-09

toyuq-xolodes-10

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/08/chicken-aspic-with-gelatin.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: