Yerkökü tortu

Hazırlanma vaxtı:
Yerkökü tortu

Tərkibi və istifadə olunan ərzaqlar

Diametri 25 sm olan tort üçün

  • 200 qr sürtkəcdən keçirdilmiş kök
  • 175 qr şəkər tozu
  • 150 qr kərə yağı
  • 175 qr un
  • 1 ç/q qabartma tozu
  • 3 ədəd iri ölçülü yumurta
  • 1 ədəd portağal qabığı

Krem üçün:

  • 400 qr xama
  • 100 qr şəkər pudrası

Hazırlanma qaydası

1. Lazım olan inqredientlər hazırlanır.

kok-tortu-01


2. Soba 180°C temperaturuna qədər isidilir.
Yerkökü xırda sürtkəcdən keçirdilir. Bu mərhələ zövqdən asılıdır: əgər tortda kökün hissələrinin görsənməyini istəyirsinizsə, o zaman iri sürtkəcdən istifadə edin, biskvitin həmcins olmasını istəyirsinizsə o zaman çalışın kökü xırda sürtkəcdən keçirəsiniz. Sürtkəcdən keçirdilmiş yerkökünə portağal qabığı əlavə edilir.

kok-tortu-02


3. Yumurtanın sarısı ağından ayrılır (baxın: Yumurtanın sarısını ağından ayırmaq üsulları). Yumurtanın sarısı və şəkər tozu yerkökünə əlavə edilir.

kok-tortu-03


4. Ardınca ələkdən keçirdilmiş un, qabartma tozu və əridilmiş kərə yağı əlavə edilir.

kok-tortu-04


5. Yaxşı qarışdırılır.

kok-tortu-05


6. Digər tərəfdə bərk köpük halına gələnə qədər yumurtanın ağı çalınır və maye xəmirə əlavə edilərək qarışdırılır.

kok-tortu-06


7. Forma qabına bişirmə kağızı sərilir, yağlanır və bir qədər un səpilir.

kok-tortu-07


8. Xəmir formaya əlavə edilir.

kok-tortu-08


9. Və əvvəlcədən 180°C temperaturuna isidilmiş sobaya 30-40 dəqiqəlik yerləşdirilir.

kok-tortu-09


10. Xəmirin üzü qəşəng qızılı rəng alana qədər bişirilir. Bişməyini yoxlamaq üçün diş çöpü və ya kibritdən istifadə etmək olar: kibrit biskvitin ortasına batırılıb çıxarılır. Əgər kibrit qurudursa, deməli biskvit hazırdır, əks halda biskvit sobada bir müddət qalmalıdır.

kok-tortu-10


11. Hazırlanmış biskvit bir müddət soyudulur, sonra şəkildəki kimi iki yerə kəsilir.

kok-tortu-11


12. Krem hazırlamaq üçün bir kasada xama ilə şəkər pudrası qarışdırılır.
Kremin bir hissəsi bir biskvitin üzərinə yayılır, yerdə qalan hissəsi isə digərin üzərinə.

kok-tortu-12

kok-tortu-13

kok-tortu-14


Əgər tort bir müddət qalsa və krem xəmirə hopsa, o zaman tort daha dadlı alınar. Lakin iştah güc gələrsə, o saat yemək olar. Nuş olsun! 

kok-tortu-15

 

Məqalə http://kalabasa.ru saytından tərcümə edilib.

Mənbə http://bycamel.com/yemekler/toyugun-dosh-eti-soya-sousunda

Bənzər reseptlər: