Badımcan turşusu (üsul 2)

Hazırlanma vaxtı:
Badımcan turşusu (üsul 2)

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5 ədəd badımcan
  • bitki yağı
  • sirkə
  • sarımsaq
  • baş soğan
  • göyərti - cəfəri və keşniş
  • duz
  • istiot

Hazırlanma qaydası

Saytımızda olan badımcan turşusundan fərqli olaraq, bu reseptdə badımcanın içi doldurulmur.

1. İnqredientlər hazırlanır.

turshu-badimcan-ichsiz-1


2. Badımcanlar yuyulub başları kəsiləndən sonra onları qaynatmaq lazımdır. Bunun üçün onları bir qazan suya yerləşdirib, üzərinə 1 x/q duz töküb orta odda qaynadırıq. 
Badımcanlar qaynadıqda, saata baxıb odu bir qədər azaldırıq ki onlar sakitcə qaynasınlar. 
20 dəqiqədən sonra badımcanları çıxarmaq olar.

turshu-badimcan-ichsiz-2 turshu-badimcan-ichsiz-3
turshu-badimcan-ichsiz-4 turshu-badimcan-ichsiz-5

turshu-badimcan-ichsiz-6


3. Bişmiş badımcanları sini və ya boşqab üzərinə düzüb soyumasını gözləyin.

turshu-badimcan-ichsiz-7


4. Badımcanlar soyuyandan sonra, ikinci mərhələyə keçmək olar. Göyərti və sarımsaq xırda doğranılır, soğan yarımdairə formasında doğranılır.

turshu-badimcan-ichsiz-8 turshu-badimcan-ichsiz-9

5. Hazırlıq işləri bitdi, indi isə badımcanlara keçirik. Badımcanlar kubik şəklində doğranılır.

turshu-badimcan-ichsiz-10


6. Şüşə qabın dibinə soğanlar düzülür.

turshu-badimcan-ichsiz-11


7. Soğanın üzərinə doğranılmış badımcanlar düzülür. Duz və istiot əlavə edilir.

turshu-badimcan-ichsiz-12 turshu-badimcan-ichsiz-13

turshu-badimcan-ichsiz-14


8. Badımcanın üzərinə xırda doğranmış sarımsaq əlavə edilir.

turshu-badimcan-ichsiz-15


9. Yenidən soğan layı təkrarlanır.

turshu-badimcan-ichsiz-16


10. Soğanın üzərinə xırda doğranmış göyərti əlavə edilir.

turshu-badimcan-ichsiz-17


11. Birinci lay hazırdır. İndi isə üzərinə sirkə və bitki yağı əlavə edilir.

turshu-badimcan-ichsiz-18 turshu-badimcan-ichsiz-19

12. Sonra yenidən badımcan düzülür və eyni yuxarıda qeyd edilən kimi, badımcan bitənə qədər təkrarlanır. Bizdə 3 lay alındı. Sonda, üstdən mütləq sirkə və bitki yağı əlavə edilməlidir.

turshu-badimcan-ichsiz-20 turshu-badimcan-ichsiz-22

turshu-badimcan-ichsiz-21


13. Bu şüşə qabın qapağı plastmasdan ibarıtdir və o bütün qoxuları özünə çəkir. Bunun üçün biz öncə şüşə qabı qidə zərvərəqi (folqa) ilə örtüb, üstdən qapağı bağlayırıq.

turshu-badimcan-ichsiz-23 turshu-badimcan-ichsiz-24

14. Turşu badımcanlar artıq 2-3 saatdan sonra qidaya yararlı olacaqlar.

turshu-badimcan-ichsiz-25


15. Süfrəyə verildikdə, boşqaba töküb, üzərinə göyərti və sumax əlavə etmək olar.

turshu-badimcan-ichsiz-26 turshu-badimcan-ichsiz-27

Nuş olsun!

turshu-badimcan-ichsiz-28

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/08/pickled-eggplant.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: