Turşuya qoyulmuş bolqar bibəri

Hazırlanma vaxtı:
Turşuya qoyulmuş bolqar bibəri

Tərkibi və istifadə olunan ərzaqlar

  • bolqar bibəri
  • baş soğan
  • sarımsaq
  • bitki yağı
  • alma sirkəsi
  • keşniş toxumları
  • şüyüd
  • keşniş
  • duz
  • istiot

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

turshu-bolqar-biber-1


2. Turşu üçün bolqar bibəri alındıqda, daha qalın və ətli olanlar seçilməlidir. Bibər yuyulur, toxumlarından təmizlənir və iki yerə kəsilir. Soğan, sarımsaq və göyərti həmçinin yuyulub təmizlənir. Keşnişin həm toxumlarından həmdə göyərtisindən istifadə ediləcək.

turshu-bolqar-biber-2


3. Qaynadılmış qaynar duzlu suya bibərləri salıb 3 dəqiqə saxlayırıq.

turshu-bolqar-biber-3


4. Bibərləri qazandan çıxarıb boşqaba qoyuruq. Soyuyandan sonra bibərlər uzun dilimlərə kəsilir. Soğan, sarımsaq və göyərti həmçinin doğranılır.

turshu-bolqar-biber-4 turshu-bolqar-biber-5

5. Turşu saxlanılan boşqabın dibinə doğranmış soğan, sarımsaq, keşniş və şüyüd tökülür. Duz və istiot əlavə edilir, keşniş toxumları səpilir. Bunların üzərinə bibər düzülür.

turshu-bolqar-biber-6 turshu-bolqar-biber-7

6. Bibər duzlanır, istiot vurulur, keşniş toxumları ilə səpilir. Birdaha üzərinə soğan, sarımsaq və göyərti qatı əlavə edilir.

turshu-bolqar-biber-8

turshu-bolqar-biber-9


7. Eyni miqdarda alma sirkəsi və bitki yağı əlavə edilir.

turshu-bolqar-biber-10


8. Bibərlər bitməyənə qədər ardıcıl olaraq qatlar təkrarlarnır. Üst qatı turşu ilə azacıq örtülür.

turshu-bolqar-biber-11 turshu-bolqar-biber-12

9. Boşqab bağlanıb bir neçə saatlıq soyuducuya yerləşdirilir. Artıq bir neçə saatdan sonra bibərlər istifadəyə hazır olur.

turshu-bolqar-biber-13

Nuş olsun!

turshu-bolqar-biber-14

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/08/pickled-peppers.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Şəhla 
    #
    2016-09-13 08:56

    bilmək istəyirəm bunu bu qaydayla bankaya yığıb qışa saxlamaq olar?

    • Kimdən: Admin 
      #
      2016-09-29 15:02

      Bu qayda ile soyuducuda 2 həftəyə yaxın saxlamaq mümkündür, lakin uzun müddət saxlamaq olmaz.