Çörək ev şəraitində

Hazırlanma vaxtı:
Çörək ev şəraitində

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kq əla növ un
  • 3 stəkan ilıq su
  • 1 x/q duz
  • 1 ədəd yumurta sarısı
  • duru yağ

Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 10 qr maya
  • 0,5 ç/q şəkər tozu
  • 0,5 ç/q un

Hazırlanma qaydası

1. Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar iri stəkana tökülür və qarışdırılır.

chorek_01


2. Üzərinə 100 qr ilıq su əlavə edilir və çay qaşığı ilə ərzaqlar tam həll olunana kimi qarışdırılır. Hazırlanmış kütlə isti yerə qoyulur və həcmi artana kimi gözlənilir.

chorek_02


3. Böyük bir qaba un əlavə olunur. Üzərinə 1 x/q duz əlavə olunub əlnən qarışdırılır.

chorek_04


4. Maya stəkanın ağzına kimi qalxdıqda una əlavə edilir.

chorek_05

chorek_06


5. Una 3 stəkan ilıq su əlavə edilir.

chorek_07


6. Su əlavə edilən zaman xəmir əlnən yaxşı yoğrulur.

chorek_08


7. Nəticədə yumşaq xəmir alınır.

chorek_09


8. Alınmış xəmirin üzərinə streç folyo çəkilir. Streç folyonun əvəzinə adı mağaza paketlərindən də istifadə etmək olar.

chorek_10


9. Xəmir 1 saat isti yerdə saxlanılır. Bir saatdan sonra xəmir 2 qat artmış olur.

chorek_11


10. Çörək bişirəcəyimiz qablar unlanır.

chorek_12


11. Alınmış xəmir qablara əlavə edilib 20 dəqiqə bir kənarda saxlanılır.

chorek_13


12. Yumurtanın sarısı ağından ayrılır. Sarısının üzərinə 1 ç/q duru yağ, 1ç/q su əlavə edilib qarışdırılır.

chorek_14


13. Artıq 20 dəqiqə keçdikdən sonra xəmirin üzərinə mətbəx fırçasının köməyi ilə yumurta vurulur.

chorek_15


14. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada xəmir qızarana kimi bişirilir. Çörək sobadan çıxarıldıqda üzərinə biraz su səpilir (yumşaq olması üçün).

chorek_16

Nuş olsun!

chorek_17

Bənzər reseptlər: