Nazik blinçik (xəmiri)

Hazırlanma vaxtı:
Nazik blinçik (xəmiri)

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 ədəd yumurta
  • 700 qr qatıq 
  • 2 stəkan su
  • 1,5 x/q şəkər tozu
  • 2 ç/q soda
  • 1,5-2 ç/q sirkə
  • 4 stəkan un
  • 1 ç/q duz

Hazırlanma qaydası

1. Məhsullar hazırlanır.

blinchik-xemiri-01


2. 3 litrlik qazana 2 ədəd yumurta əlavə edilib çalınır.

blinchik-xemiri-02


3. Duz və şəkər tozu əlavə edilir.

blinchik-xemiri-03 blinchik-xemiri-04

4. Yaxşı qarışdırılandan sonra üzərinə qatıq əlavə edilir və yenidən qarışdırılır.

blinchik-xemiri-05 blinchik-xemiri-06

5. Alınan məhlula ilk öncə soda, üzərinə isə sirkə əlavə edilib yaxşı qarışdırılır.

blinchik-xemiri-07


6. Un ələkdən keçirilib qazana əlavə edilir. Unu ələkdən keçirməkdə məqsəd blinçiklərin daha köp alınmasıdır.

blinchik-xemiri-08


7. Un tədricən əlavə edilərək məhlul qarışdırılır. Nəticədə alınan məhlul qabarıqsız olmalıdır.

blinchik-xemiri-09


8. Şəkildə görsəndiyi kimi, un tam itənə qədər qarışdırılır.

blinchik-xemiri-10


9. Beləliklə blinçik xəmiri hazırdır. Qızardılmasına lazım olan əşyalar hazırlanır: tava, çömçə, yağ və tavanın dibini hər yeni porsiyada yağlamaq üçün marlya (və ya mətbəx fırçası)

blinchik-xemiri-11


10. Tava yağlanandan sonra, çömçə vasitəsi ilə tavaya maye xəmir əlavə edilir, tavanı hər tərəfə əyməklə xəmir dairəvi yayılır. Hər yeni porsiyada qazandakı maye xəmiri qarışdırmağı unutmayın.

blinchik-xemiri-12


11. Blinçikin qıraqları qızardıqda artıq onu çevirmək olar.

blinchik-xemiri-13 blinchik-xemiri-14

12. Qızılı rəng alana qədər digər tərəfi qızardılır.

blinchik-xemiri-15


13. Hazır blinçikləri isti-isti bal ilə süfrəyə vermək olar. Nuş olsun! 

blinchik-xemiri-16

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/02/thin-blintchiki.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: