Tənbəl düşbərə

Hazırlanma vaxtı:
Tənbəl düşbərə

Tərkibi və istifadə olunan ərzaqlar


Hazırlanma qaydası

Saytımızda düşbərə resepti ilə bölüşmüşdük, bu isə tənbəl düşbərədir. Niyə məhz tənbəl? Çünkü düşbərəni büküb hazırlama hissəsi əlnən deyil, xüsusi düşbərə aləti ilə görülür. Və beləliklə vaxta və insan zəhmətinə qənaət edilir.

Xəmirin hazırlanması adi düşbərə reseptində yazdığımız qaydada aparılır. Qiymə barəsində həmçinin saytımızda qeyd edilib. Ona görə keçirik əsas hissəyə.

1. İnqredientlər.

tenbel-dushbere-01

tenbel-dushbere-02

tenbel-dushbere-03


2. Nazik lay xəmir yayılır və düşbərə alətinin üzərinə sərilərək üstündən oxlovla keçilir. Xəmirin üzərinə, alətin dəliklər hissəsinə qiymələr əlavə edilir.

tenbel-dushbere-06


3. Üzərinə ikinci lay xəmir sərilərək üstündən oxlovla keçilir.

tenbel-dushbere-07


4. Qıraqdaki xəmir ayrılıb götürülür, alət çevrilir və düşbərələr taxtanın üzərinə düşür.

tenbel-dushbere-08


5. Toyuq bulyonu qaynadılır, üzərinə düşbərələr əlavə edilir bə 15 dəqiqə bişirilir. Düşbərələr əlavə edildikdə bulyona zövqə xırda doğranmış şüyüd də əlavə etmək olar.

tenbel-dushbere-09


6. Hazır edildikdə bulyonla birgə boşqablara verilir. Nuş olsun!

tenbel-dushbere-10

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2013/11/lazy-pelmeni.html

(photo by Diana Ashumova)