Badımcan, bibər və pomidor dolması

Hazırlanma vaxtı:
Badımcan, bibər və pomidor dolması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 750 qr qiymə (qoyun və ya mal əti)
  • 3 soğan
  • 5 ədəd balaca badımcan
  • 5 ədəd bibər
  • 5 ədəd pomidor
  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 1 dəstə reyhan
  • kərə yağı
  • zeytun yağı
  • duz

 


Hazırlanma qaydası

1. İlk əvvəl dolmanın içliyini hazırlayırıq. Bunun üçün soğan ət çəkən maşından keçirilir və qiyməylə qarışdırılır. 

2. Qiymə tavaya qoyulur üzərinə 1 stəkan su tökülür. Suyu çəkiləndən sonra kərə yağı əlavə edilib qızardılır.

3. Ət qızardıqdan sonra qazdan götürülür üzərinə duz və doğranmış keşniş, şüyüt, reyhan əvə olunub qarışdırılır.

4. İçliy hazırlandıqdan sonra badımcan, bibər, pomiodru hazırlayırıq. Bunun üçün badımcanın saplağı kəsilir, uzununa kəsilir və içi duzlanır (duzlanmış badımcanı 15 dəqiqə saxlayırıq ki acısı çıxsın).

5. Sonra badımcanları əlnən sıxıb suyunu çıxardırıq və zeytun yağında bir az qızardırıq.

6. Pomidorun baş hissəsi qapaq kimi  kəsilir və içi qaşıqla çıxardılır (içini qiyməyə də doğrayıb qatmağ olar).

7. Bibərin saplağı kəsilir və həmin hissəsi qapağ kimi kəsilir.

8. Badımcan, bibər, pomidorun içi içliklə doldurulur.

9. Badımcanı qızartdığımız tavaya badımcan , bibər, pomidor düzülür və üzərinə 1 stəkan qaynar su tökülür (dolma bişərkən tavanın qapağını tam bağlamaq olmaz).

10. Orta istilikdə 20-30 dəqiqə bişirilir .

Nuş olsun !

Bənzər reseptlər: