Badımcan çığırtması

Hazırlanma vaxtı:
Badımcan çığırtması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd iri badımcan
  • 3 ədəd kartof
  • 1 ədəd bibər
  • 2 ədəd pomidor
  • 2 ədəd soğan
  • duru yağ
  • duz

Hazırlanma qaydası

1. Badımcanın qabığı təmizlənir, kub şəklində doğranılır və duzlanır. 10 dəqiqə kənarda saxlanılır ki acısı çıxsın.

badimcan_1

2. Soğan təmizlənir kub şəklində xırda doğranılır. Tavaya duru yağ töküb soğan biraz qızardılır. Biraz qızardıqdan sonra üzərinə badımcanlar sıxılıb tökülür.

badimcan_2

3. Pomidorun, kartofun qabığı təmizlənir kub şəklində doğranılıb badımcana əlavə olunur. 

badimcan_4

badimcan_5

4. Sonda bibər tumlarından təmizlənir, kub formasında doğranılır və yeməyə əlavə olunur.

badimcan_3

5. Zövqə görə yeməyə duz vurulur. Tavanın qapağı bağlanılır vam odda kartofları bişənə kimi bişirilir.

badimcan_6

Nuş olsun!

Bənzər reseptlər: