Balqabaqlı və almalı qaraciyər

Hazırlanma vaxtı:
Balqabaqlı və almalı qaraciyər

Tərkibi və istifadə olunan ərzaqlar

  • 500 qr toyuq qaraciyəri
  • 230 qr balqabaq (boranı)
  • 250 qr alma
  • 15 ədəd qırmızı istiout (noxudu)
  • 65 ml quru ağ çaxır
  • 2 ədəd darçın çubuğu
  • 5-6 x/q bitki yağı
  • 1 ç/q duz
  • 1/4 ç/q əzilmiş qara istiot

Hazırlanma qaydası

1. Tavaya biraz bitki yağı əlavə edilir.

balqabaq-toyuq-ciyar-1


2. Əvvəlcədən yuyulub, təmizlənib və iri doğranmış toyuğun qaraciyəri tavaya düzülür.

balqabaq-toyuq-ciyar-2


3. Suyu tam buxarlanana qədər qızardılır və biraz duzlanır.

balqabaq-toyuq-ciyar-3


4. Digər tavada, bağlı qapaq altında, kubik şəklində doğranmış balqabaq yağda qızardılır. Əgər balqabağın biraz yumşaq alınmasını istəyirsinizsə bir qaşıq su əlavə edə bilərsiniz.

balqabaq-toyuq-ciyar-4


5. Balqabağın yanına eyni ölçüdə doğranmış alma, qırmızı (noxud boyda) istiot və 2 çubuq darçın əlavə edilir. Duz və istiot əlavə edilir. Quru ağ çaxır əlavə edilir və qarışdırılır.

balqabaq-toyuq-ciyar-5


6. Çaxır tam buxarlanandan sonra qızardılmış qaraciyər əlavə edilir.

balqabaq-toyuq-ciyar-6


7. Qarışdırılıb bir qədər tavada saxlanılandan sonra süfrəyə verilir.

balqabaq-toyuq-ciyar-7


8. Belə bir yemək payız axşamında sizi isidib, əhvalınızı qaldırar. Mütləq yoxlayıb bişirin! Nuş olsun!

balqabaq-toyuq-ciyar-8

 

Bənzər reseptlər: