«Bildirçin ayaqları»

Hazırlanma vaxtı:
«Bildirçin ayaqları»

Tərkibi və istifadə olunan ərzaqlar

  • 200 ml qatıq
  • 2 ç/q duz
  • 350-400 qr un
  • 0,5 ç/q soda
  • 500 qr ət qiyməsi 
  • 2 dəstə göy soğan
  • 2-3 diş sarımsaq
  • 2-3 ədəd yumurta (üz qatı üçün)
  • 200 qr suxarı (üz qatı üçün)
  • 2 qutu duzlu çubuq

Hazırlanma qaydası

Reseptin adı «Bildirçin ayaqları» olsa da, bu mecazi mənada işlənib. Sadəcə qiymə və duzlu çubuqlardan hazırlanan bu dadlı, xırt-xırtlı qəlyanaltı bildircin ayaqlarına bənzədilib.

1. Xəmir hazırlanır: dərin boşqaba qatıq və 0,5 ç/q duz əlavə edilir, üzərinə qarışdıraraq tədricən un səpilir. Son qaşıq undan əvvəl soda əlavə edilir, ardınca yerdə qalan un səpilərək yaxşı qarışdırılır. Xəmir hazırlanması barədə maraqlı məsləhətlə də tanış ola bilərsiniz.

bildirchin-ayaqlari-01


2. Alınmış xəmir boşqaba əlavə edilir və polietilen paketlə bağlanıb 20-30 dəqiqə kənarda saxlanılır.

bildirchin-ayaqlari-02


3. Bu arada qiymə hazırlanır. İstənilən ət istifadə edilə bilər, lakin daha yaxşı olar ki toyuq və ya donuz ətindən istifadə edəsiniz.

bildirchin-ayaqlari-03


4. Xəmir təxminən 3 mm qalınlığında olan laya yayılır. Stəkan vasitəsi ilə yayılmiş xəmirdən dairələr kəsilir.

bildirchin-ayaqlari-04


5. Hər bi dairəvi xəmirin üzərinə bir ədəd duzlu çubuq, çubuğun üzərinə isə bir qədər (təqribən 1 çay qaşığı) qiymə əlavə edilir.

bildirchin-ayaqlari-05


6. Xəmirin qıraqları bağlanılır. Lazım olan formada bükülür və bıçaqla qalan hissəsi kəsilir.

bildirchin-ayaqlari-06


7. Hazırlanan "ayaqlar" hər biri çalınmış yumurtaya salınıb və sonra suxarıya batırılaraq, əvvəlcədən isidilmiş tavada, bitki yağında qızardılır.

bildirchin-ayaqlari-07


8. Rəngi qızarana qədər və xırt-xırtlı olana qədər qızardılır.

bildirchin-ayaqlari-08


9. Süfrəyə verərkən yanında tomat sousu və ya mayonez istifadə etmək etmək olar. Nuş olsun!

bildirchin-ayaqlari-09

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14274-zakuska-perepelinye-nozhki/

Bənzər reseptlər:

1 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-14 10:06

    Salam. Superdi hazırlamağa dəyər. Maraqlı reseptdir. Təşəkkürlər