Bolonyeze sousu

Hazırlanma vaxtı:
Bolonyeze sousu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 500 qr bişmiş ət qiyməsi
  • 500 ml tomat sousu
  • 2 x/q tomat pastası
  • 1 dəstə cəfəri
  • 1 ədəd baş soğan
  • 3 diş sarımsaq
  • 1 x/q qurudulmuş qaraqınıq (oreqano)
  • 200 ml yağlı qaymaq
  • zeytun yağı
  • duz
  • qara istiot
  • muskat
  • 300 qr makaron (farfalle)

Hazırlanma qaydası

Bolonyeze (ital.-Ragù alla bolognese) - makaronlar üçün olan ətli sousdur. Reseptdə istifadə edilən hazır qiyməni kartoflu zrazı reseptində olduğu kimi hazırlaya bilərsiniz.

1. İnqredientlər.

bolonyeze-sousu-01


2. Makaronlar paketin üzərində qeyd edildiyi kimi bişirilir. Soğan xırda doğranılır.

bolonyeze-sousu-02


3. Soğan zeytun yağında qızardılır.

bolonyeze-sousu-03


4. Qiymə və qaymaq əlavə edilir. Yaxşı qarışdıraraq az odda 10 dəqiqə bişirilir. Qaymaq qaynamamalıdır.

bolonyeze-sousu-04


5. Tomat sousu, tomat pastası, xırda doğranmış cəfəri və qaraqınıq əlavə edilir.

bolonyeze-sousu-05


6. Yaxşı qarışdırılır. Daha 10 dəqiqə pörtlədilir. Duz, istiot və muskat əlavə edilir. Qarışdırılır.

bolonyeze-sousu-06


7. Sous hazırdır. Sevimli makaronlarla birgə süfrəyə vermək olar. Nuş olsun!

bolonyeze-sousu-07

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1718/sous-bolonieze/

Bənzər reseptlər: