Burqonsayağı mal əti

Hazırlanma vaxtı:
Burqonsayağı mal əti

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1,5 kq mal filesi (sümüksuz mal əti)
  • 1 şüşə şərab
  • 225 qr donuz basdırması (bekon)
  • 1 ədəd iri baş soğan
  • duz
  • istiot
  • 450 qr kök
  • 2 x/q un
  • 1 x/q tomat pastası
  • 2 diş sarımsaq

otlardan (buket üçün):

  • 2 budaq kərəviz
  • 1 budaq kəklikotu
  • 1 budaq cəfəri
  • 1 ədəd dəfnə yarpağı

Hazırlanma qaydası

Bu klassik yeməyin tarixi Fransanın Burqon vilayətindən başlayır. Sadə hazırlanan, olduqca dadlı və ətirli yeməkdir.

1. İnqredientlər.

burqon-mal-eti-01


2. Ət parçalara doğranılır (3 x 4 sm).

burqon-mal-eti-02


3. Soğan və bekon doğranılır. Soğan bir qədər iri, bekon isə xırda kubiklər şəklində.

burqon-mal-eti-03


4. Dərin tavada kərə yağı əridilir və böyük odda soğanla bekon 3-4 dəqiqə qızardılır.

burqon-mal-eti-04


5. Ətə duz və istiot vurulur.

burqon-mal-eti-05


6. Ət tavaya əlavə edilərək tam qızardılır.

burqon-mal-eti-06


7. Otlardan buket hazırlanır.

burqon-mal-eti-07


8. Tavanın odu azaldılır. Xırda növ olan köklər (və ya bir qədər iri doğranmış adi kök) və otlardan hazırlanan buket əlavə edilir. Tavanın qapağını bağlayaraq 20 dəqiqə pörtlədilir.

burqon-mal-eti-08


9. Daha sonra ət, bekon və köklər təmiz boşqaba yerləşdirilir.

burqon-mal-eti-09


10. Tavada alınan şirəyə un əlavə edilir və qazın odu artırılır. Daima qarışdıraraq qatı maye alınır.

burqon-mal-eti-10


11. Tomat pastası əlavə edilir.

burqon-mal-eti-11


12. Yaxşı qarışdırılır. Bir dəqiqə qaynadılaraq zövqə görə duz, istiot və xırda doğranmış sarımsaq əlavə edilir.

burqon-mal-eti-12


13. Ətlər yenidən tavaya yerləşdirilir və yaxşı qarışdırılır.

burqon-mal-eti-13


14. Şərab əlavə edilir. Yenidən yaxşı qarışdırılır. Tavaya birdaha otlardan ibarət buket qoyularaq qapağını bağlayıb, az odda təqribən 2 saat pörtlədilir. Sonda, ətlər tam hazır olduqda, qaz söndürülür və ot buketi çıxarılıb atılır.

burqon-mal-eti-14


15. Burqonsayağı mal əti hazırdır! Nəticədə çox zərif, dadli və ətirli ət alındı. Bu cür yeməyi kartof əzməsi ilə də süfrəyə vermək olar. Nuş olsun!

burqon-mal-eti-15

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/2072/govyadina-po-burgundsky/