Buxarda hazırlanan göyərtili qızıl balıq

Hazırlanma vaxtı:
Buxarda hazırlanan göyərtili qızıl balıq

Tərkibi və istifadə olunan ərzaqlar

1 porsiya üçün:

  • 100 qr qızıl balıq
  • 20 qr müxtəlif göyərtilər
  • 2 x/q zeytun yağı
  • 1 ç/q limon şirəsi
  • bir çimdik duz
  • bir çimdik istiot

Hazırlanma qaydası

Olduqca dadlı olan bu yemək nəinki qızıl balıq və ya alabalıqla, həmçinin sadə balıqlarla da çox dadlı alınar.

buxarda-alabaliq-01


1. Göyərtilər yuyulur və qurudulur (burada: cəfəri yarpaqları, göy soğan, rukkola-"əkin indausu"). Göyərtiləri öz zövqünüzə görə seçə bilərsiniz: keşniş, şüyüd, ispanaq və s.

buxarda-alabaliq-02


2. Balığın hissəsi yaxşıca duzlanır və istiotlanır. Buxarda hazırlama tavasına ilk öncə göyərtilər əlavə edilir, onların üzərinə isə balıq.

buxarda-alabaliq-03


3. Və buxarda 10-15 dəqiqə bişirilir, əsas odur ki balığı qurutmayasınız. Bu arada sous hazırlanır. Bunun üçün zeytun yağı ilə limon şirəsi qarışdırılır.

buxarda-alabaliq-04


4. Süfrəyə verildikdə boşqaba göyərti əlavə edilir, üzərinə balıq qoyulur və hazırlanan limonlu sous ilə səpilir.

buxarda-alabaliq-05


5. Nuş olsun!

buxarda-alabaliq-06

 

Məqalə http://kalabasa.ru saytından tərcümə edilib.

Mənbə http://kalabasa.ru/main_course/ryba-na-paru-s-travami.html

Bənzər reseptlər: