Dana ciyəri qızartması

Hazırlanma vaxtı:
Dana ciyəri qızartması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 800 qr təzə dana qaraciyəri
  • yarı ədəd baş soğan
  • yarı stəkan ağ çaxır (və ya toyuq bulyonu)
  • zeytun yağı
  • kərə yağı (kiçik parça)
  • biraz un (üzünü unlamaq üçün)
  • dəfnə yarpağı
  • ağ istiot
  • duz

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

qaraciyer-qizartmasi-01


2. Qaraciyər üz qatından təmizlənir və orta ölçüdə dilimlərə doğranılır.

qaraciyer-qizartmasi-02


3. Duz və ağ istiotla qarışdırılımış unda doğranmış hissələr unlanır.

qaraciyer-qizartmasi-03


4. Tavaya zeytun yağı, bir qədər doğranmış soğan və dəfnə yarpaqları əlavə edilir.

qaraciyer-qizartmasi-04


5. Tavaya qaraciyər əlavə edilir.

qaraciyer-qizartmasi-05


6. Hazır olana qədər qızardılır.

qaraciyer-qizartmasi-06


7. Bir qədər ağ çaxır və ya toyuq bulyonu əlavə edilir.

qaraciyer-qizartmasi-07


8. Kiçik parça kərə yağı əlavə edilir və çaxır tam çəkilənə qədər qızardılır.

qaraciyer-qizartmasi-07


9. Hazırlanmış qaraciyər süfrəyə qarnirsiz verilir, lakin zövqə görə yanında kartof əzməsi də vermək olar.

qaraciyer-qizartmasi-09


10. Nuş olsun!

qaraciyer-qizartmasi-10

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/14188-teljachja-pechen/

Bənzər reseptlər: