Ətli lobya şorbası

Hazırlanma vaxtı:
Ətli lobya şorbası

Tərkibi və istifadə olunan ərzaqlar

  • qoyun əti (sümüklü tikələr)
  • lobya dənələri
  • 2 ədəd baş soğan
  • 2 ədəd kartof
  • 2 ədəd kök
  • 2 x/q tomat pastası
  • şüyüd
  • keşniş
  • duz

Hazırlanma qaydası

1. İlk olaraq lobya 12 saatlıq islağa qoyulur.

lobya-shorbasi-01


2. Beləliklə 12 saatdan sonra lobyanın tərkibinə suyun hopması ilə həcmi artır. 

lobya-shorbasi-04


3. Qazana 1 ədəd doğranmamış baş soğan əlavə edilir və sümüklü qoyun əti qaynadılır. Bişdikdə ətlər bulyondan çıxarılaraq sümükdən ayrılır.

lobya-shorbasi-03


4. Lobyalar boş qazana əlavə edilir, üzərinə bulyon tökərək 30 dəqiqəlik bişirilir.

lobya-shorbasi-05


5. Bu arada tərəvəzlər təmizlənir və hazırlanır.

lobya-shorbasi-06


6. Soğan xırda doğranılır, kartof bir qədər iri kubiklər şəklində, kök isə uzunsov formada doğranılır.

lobya-shorbasi-07


7. Digər qazanda qoyun bulyonu qaynadılır.

lobya-shorbasi-08


8. Qaynayan bulyona doğranmış tərəvəzlər əlavə edilir.

lobya-shorbasi-09


9. Daima qarışdıraraq az odda təqribən 30 dəqiqə qaynadılır.

lobya-shorbasi-10


10. Tərəvəzlər hazır olduqda növbəti addıma keçmək olar. Digər qazanda hazır olan lobyalar tərəvəzlər olan şorbaya əlavə edilir.

lobya-shorbasi-11


11. Bir dəfə qarışdırıb, 30 dəqiqə ərzində az odda qaynadılır.

lobya-shorbasi-12


12. Tomat pastası bir qıraqda bulyonla qarışdırılıb şorbaya əlavə edilir.

lobya-shorbasi-13


13. Ardınca şorbaya bir az əvvəl sümükdən ayrılmış ət parçaları əlavə edilir.

lobya-shorbasi-14


14. Təqribən 5 dəqiqə şorba bişirilir.

lobya-shorbasi-15


15. Nəhayət şorba hazırdır. İsti-isti boşqablara əlavə edilir.

lobya-shorbasi-16


16. Süfrəyə verərkən üzərinə xırda doğranmış göyərti əlavə edib yanında isə müxtəlif tutma vermək olar. Nuş olsun!

lobya-shorbasi-17

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/01/soup-with-beans.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: