Ev sayağı dönər

Hazırlanma vaxtı:
Ev sayağı dönər

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 ədəd  ciabatta çörəyi 
  • 100 qr mal əti (kəsmə)
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd qırmızı soğan
  • 3 x/q yaşıl zeytun
  • 3 x/q zeytun yağı
  • 1 diş sarımsaq
  • 1 ədəd çili bibəri
  • 1 ç/q üzüm sirkəsi
  • biraz rukkola (indau) əvəzində digər göyərtidə istifadə edilə bilər
  • 1 dəstə cəfəri
  • zövqə görə duz
  • istiot

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

ev-sayagi-doner-1


2. Zeytunlardan salsa sousu hazırlanır. Bunun üçün çili bibəri doğranır.

ev-sayagi-doner-2


3. Zeytun, cəfəri və sarımsaq xırda doğranır.

ev-sayagi-doner-3


4. Hamısı birlikdə xırda-xırda doğranır.

ev-sayagi-doner-4


5. Boşqaba qoyulur və üzərinə zeytun yağı, sirkə, duz və istiot əlavə edilir.

ev-sayagi-doner-5


6. Sonra yaxşı qarışdırılır.

ev-sayagi-doner-6


7. Şirin bibər yağlanır, mal əti duzlanır, soğan isə xalqavari doğranır.

ev-sayagi-doner-7


8. Bibər qrildə qızardılır, sonra folqaya bükülərək 15 dəqiqə bişirilir. Mal əti və soğan iki tərəfli qrildə qızardılır.

ev-sayagi-doner-8


9. Bişmiş bibər qabıqdan təmizlənib uzun zolaqlarla doğranır.

ev-sayagi-doner-9


10. Mal əti doğranır.

ev-sayagi-doner-9-1


11. Soğan, doğranmış bibər, ət, və zeytundan hazırlanmış salsa sousu boşqaba əlavə edilir və yaxşı qarışdırılır.

ev-sayagi-doner-9-2


12. Ciabata çörəyi uzunlamasına doğranır. Zövqə görə pendirdə doğrayıb əlavə etmək olar.

ev-sayagi-doner-9-3


13. Ciabatanın içi sousla yağlanır.

ev-sayagi-doner-9-4


14. Üzərinə mal əti, bibər və soğan əlavə edilir.

ev-sayagi-doner-9-5


15. Doğranmış pendir əlavə edilir.

ev-sayagi-doner-9-6


16. Rukkola və ya digər göyərtilər əlavə edilir.

ev-sayagi-doner-9-7


17. Ev sayağı dönər hazırdır! Nuş olsun!

ev-sayagi-doner-9-8

ev-sayagi-doner-9-9

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13938-chiabatta-alla-grilja/

Bənzər reseptlər: