Göbələkli kartof qaymaqda

Hazırlanma vaxtı:
Göbələkli kartof qaymaqda

Tərkibi və istifadə olunan ərzaqlar

  • 8 ədəd orta ölçüdə kartof
  • 400 qr göbələk (şampinyon)
  • 300 ml yağlı qaymaq
  • 4 diş sarımsaq
  • 1 dəstə cəfəri
  • 4-5 x/q zeytun yağı
  • dəniz duzu
  • təzə, ətirli istiot

Hazırlanma qaydası

Bu resept Rişar Bertinenin kitabından «Cook: in a Class of Your Own» götürülmüşdür. Kitabda, reseptin əvvəlində bu cür yazı var: «Warning: this dish is addictive» (Diqqət: bu yemək asıllıq yaradır) və bu həqiqətəndə belədir.

1. İnqredientlər.

gobelekli-kartof-qaymaqda-01


2. Soba 200 dərəcəyə qədər qızdırılır. Kartof yuyulub təmizlənir və nazik dilimlərlə doğranılır.

gobelekli-kartof-qaymaqda-02


3. Kartof yaxşı yuyulur və süzülməyə qoyulur.

gobelekli-kartof-qaymaqda-03


4. Bu arada göbələklər doğranılır.

gobelekli-kartof-qaymaqda-04


5. Dərin tavada, orta odda yağ isidilir. Yağ isinəndən sonra kartof dilimləri tavaya qoyulur və taxta qaşıqla yağda qarışdırılır. Duz və istiot əlavə edilir. Kartof yapışqan olana qədər qarışdırılır.

gobelekli-kartof-qaymaqda-05


6. Eyni zamanda göbələklər üçün tava qızdırılır. Bir xörək qaşığı zeytun yağı əlavə edilib göbələklər düzülür və duzlanır.

gobelekli-kartof-qaymaqda-06


7. Kartoflar yapışqan olan kimi sarımsaq əlavə edilir və kartof dilimlərini örtənə qədər qaymaq əlavə edilir (qaymağı zövqə görə az miqdardada əlavə etmək olar).

gobelekli-kartof-qaymaqda-07


8. Odun dərəcəsini azaldıb qaymaq qatılaşana qədər daha 5 dəqiqə bişirilir.

gobelekli-kartof-qaymaqda-08


9. Hazır göbələklər oddan götürülür.

gobelekli-kartof-qaymaqda-09


10. Cəfəri xırda doğranılır.

gobelekli-kartof-qaymaqda-10


11. Kartofları oddan götürüb dadına baxmaq olar. Bu mərhələdə duzu az olsa, zövqə görə duz və ya istiot yenidən vurula bilər. Kartofa cəfəri və göbələk əlavə edilir.

gobelekli-kartof-qaymaqda-11


12. Hamısı qarışdırılır və xüsusi formalı boşqabda sobada 20-30 dəqiqə bişirilir.

gobelekli-kartof-qaymaqda-12


13. Nəticədə çox dadlı və ləzzətli yemək alındı. Nuş olsun!

gobelekli-kartof-qaymaqda-13

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/228/potatoes-with-mushrooms-in-cream/

Bənzər reseptlər: