Göbələkli şorba

Hazırlanma vaxtı:
Göbələkli şorba

Tərkibi və istifadə olunan ərzaqlar

  • 20-30 ədəd göbələk (şampinyon)
  • 2 ədəd baş soğan
  • 2 ədəd kartof
  • 1 ədəd kök
  • 3 x/q düyü
  • 100-150 qr kərə yağı
  • duz

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

gobelekli-shorba-01


2. Göbələklər duzlu suda 30-40 dəqiqə bişirilir.

gobelekli-shorba-02


3. Göbələklər hazır olana qədər kartof və soğan kubiklər fomrasında, kök isə uzunsov şəkildə doğranılır.

gobelekli-shorba-03


4. Göbələklər hazır olandan sonra onların üzərinə tərəvəzlər əlavə edilir.

gobelekli-shorba-04

gobelekli-shorba-05


5. Kartoflar hazır olana qədər, 30 dəqiqə bişirilir.

gobelekli-shorba-06


6. Şorbaya yuyulmuş düyü əlavə olunur.

gobelekli-shorba-07


7. Kərə yağı əlavə olunur.

gobelekli-shorba-08


8. Təqribi 10 dəqiqədən sonra göbələkli şorba hazırdır.

gobelekli-shorba-09


9. Artıq dərin boşqablara əlavə etmək olar.

gobelekli-shorba-10


10. Süfrəyə verərkən yanında suxarı, qara çörək və qatıq, üzərinə isə xırda doğranmış göyərti səpmək olar. Nuş olsun!

gobelekli-shorba-11

gobelekli-shorba-12

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/02/soup-with-champignons.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: