İtalyan sayağı ət kürəcikləri

Hazırlanma vaxtı:
İtalyan sayağı ət kürəcikləri

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kq ət qiyməsi
  • 4-5 diş sarımsaq
  • 1 ədəd orta ölçüdə baş soğan
  • 15 ml qurudulmuş yarpız
  • 1 dəstə təzə cəfəri
  • 30 qr parmesan pendiri
  • 1 ədəd yüngül çalınmış yumurta
  • 15 ml dəniz ilbizi sousu (zövqə görə)
  • 70 qr təzə çörək qırıntıları
  • zövqə görə duz və istiot
  • 750 ml tomat sousu

Hazırlanma qaydası

1. İnqredientlər.

et-kurecikleri-01


2. İnqredientlər hazırlanır. Soğan, cəfəri xırda doğranılır, sarımsaq əzilir, yumurta çalınır, pendir sürtkəcdən keçirilir. Soba 160°C temperaturunda qızdırılır.

et-kurecikleri-02


3. Bütün inqredientlər bir qaba yığılır.

et-kurecikleri-03


4. Ehtiyyatla qarışdırılır.

et-kurecikleri-04


5. Alınan kütlədən təqribi 16 kürəcik hazırlanır.

et-kurecikleri-05


6. Bitki yağı ilə yağlanmış tavanın üzərinə düzülür və 20 dəqiqə sobada bişirilir.

et-kurecikleri-06


7. Qalın dibi olan dərin bir tavaya tomat sousu əlavə edilir.

et-kurecikleri-07


8. Kürəciklər ehtiyyatla sousa əlavə edilir və əlavə olaraq, hazır olana qədər 20 dəqiqə bişirilir.

et-kurecikleri-08


9. Hazır ət kürəciklərini süfrəyə tomat pastası və ya kartof əzməsi ilə vermək olar. Nuş olsun!

et-kurecikleri-09

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/277/meatballs-in-tomato-sauce/

Bənzər reseptlər: