Kartof oladiləri

Hazırlanma vaxtı:
Kartof oladiləri

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kq kartof
  • 3 ədəd yumurta
  • 1 ədad baş soğan
  • 60 qr un
  • 1 ç/q qabartma tozu
  • 120 ml bitki yağı
  • duz
  • istiot
  • muskat
  • alma sousu

Hazırlanma qaydası

Saytımızda adi oladi resepti ilə bölüşmüşdük.  Kartof oladisi çox dadlı və tez hazırlanan yeməklərdəndir. Bizim bəzi rayonlarda kartofu bu cür bişirmək üsulları mövcuddur.

1. Lazım olan inqredientlər.

kartof-oladi-01


2. Kartof təmizlənir və iri sürtkəcdən keçirilir.

kartof-oladi-02


3. Yumurtalar bir boşqabda çalınır. Kartofa xırda doğranmış soğan, çalınmış yumurtalar, qabartma tozu ilə qarışdırılmış un, muskat, duz və istiot əlavə edilir.

kartof-oladi-03


4. Hamısı yaxşı qarışdırılır.

kartof-oladi-04


5. Yağ tavada qızdırılır. Əlnən oladı hazırlanır, azacıq sıxılıb suyundan təmizlənir və rəngi qızarana qədər yağda qızardılır.

kartof-oladi-05


6. Hər tərəfli şəkildəki kimi qızardılır.

kartof-oladi-06


7. Və budur! Dadlı kartof oladiləri hazırdır! Saytımızda resepti olan alma sousu ilə oladiləri isti-isti süfrəyə vermək olar. Nuş olsun!

kartof-oladi-07

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1731/kartofelnii-oladya/

Bənzər reseptlər: