Kartof qızartması

Hazırlanma vaxtı:
Kartof qızartması

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5 ədəd orta ölçüdə kartof
  • 60 ml zeytun yağı
  • 2 diş sarımsaq
  • rozmarin budağı
  • duz
  • istiot

Hazırlanma qaydası

Bu gözəl qarnirin bişirilməsini hər kəs bilir. Və hər kəs bu yeməyi özünə məxsus resept ilə hazırlayır. Kimsə yumşaq kartof xoşlayır, bəziləri isə bu reseptdəki kimi xırt-xırtlı sevir.

1. İnqredientlər.

kartof-qizartmasi-01


2. Kartof yuyulur, təmizlənir və təqribən 5-7 mm qalınlıqda, uzunsov formada doğranılır.

kartof-qizartmasi-02


3. Kartof bişərkən bir-birinə yapışmaması üçün onun kraxmalı yuyulub aparılmalıdır, bunun üçün kartofun üzərindən soyuq su axıdılır.

kartof-qizartmasi-03


4. Sonra kartof dəsmal ilə qurudulur.

kartof-qizartmasi-04


5. Tava qızdırılır. Bişirilən kartof ətirli və dadlı alınması üçün 1 diş sarımsaq və rozmarin budağı lazımdır. Zövqə görə digər otlardan da istifadə etmək olar. 

kartof-qizartmasi-05


6. Tava tam qızarkən onun içinə zeytun yağı tökülür. Zeytun yağına qabığı soyulmamış sarımsaq və rozmarın budağı əlavə edilir. Təqribi 30 saniyədən sonra sarımsaq və rozmarın tavadan çıxarılır.

kartof-qizartmasi-06


7. Kartoflar tavaya əlavə edilir. Diqqətli olun, kartof qarışdırılmır. Məqsəd odur ki kartof yaxşı qızarsın.

kartof-qizartmasi-07


8. Kartof qızarandan sonra ona duz və istiot vurulur, qarışdırılır və yenidən bir neçə dəqiqə qızardılır (bu müddət ərzində qarışdırılmır).

kartof-qizartmasi-08


9. Kartof hazır olandan sonra, lazım olduqda bir daha onu qarışdırıb qızartmaq olar. Bu üsulun sirri ondadır ki, daima böyük odda qızaran və az qarışdırılan kartof nəticədə xırt-xırtlı alınır. Nuş olsun!

kartof-qizartmasi-09

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/217/fried-potatoes/

Bənzər reseptlər: