Kartoflu zrazı

Hazırlanma vaxtı:
Kartoflu zrazı

Tərkibi və istifadə olunan ərzaqlar

  • 500 qr qiymə (mal və ya mal+donuz), 
  • 5-7 ədəd kartof
  • 1 ədəd baş soğan
  • 3 diş sarımsaq
  • 1 ədəd yumurta
  • 200-300 qr un
  • duz
  • istiot
  • qızartmaq üçün yağ
  • suxarı

Hazırlanma qaydası

Zrazı - Şərqi Avropa ölkələrinin, əsasən Polşa, Litva, Latviya, Urkayna və Belarusiyanın məşur yeməyidir. Ənənəvi olaraq zrazı müxtəlif içliklərlə doldurulan ətdən hazırlanır. İlk baxışdan kotletə bənzəyir, lakin ətin içində göbələk və ya yumurta ola bilər. Bu resept isə kartofdan hazırlanan zrazı barəsindədir.

1. İnqredientlər.

kartofdan-zrazi-01


2. Püre hazırlanır: kartof qaynadılandan sonra suyu süzülür, püre olana qədər əzilir, yumurta, duz və istiot əlavə edilib qarışdırılır. Tədricən un əlavə edilir, kartofdan hazırlanan xəmir çoxda ələ yapışmamalıdır. Hazır olandan sonra bir qıraqda soyudulur.

kartofdan-zrazi-02


3. Xırda doğranmış soğan və sarımsaq bitki yağında qızardılır.

kartofdan-zrazi-03


4. Qiymə əlavə edilir, duz və istiot vurulub hazır olana qədər qızardılır.

kartofdan-zrazi-04


5. Azacıq ələ yağ və ya su vurulub kotletlər formalaşdırılır. Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edib hər tərəfi bağlanılır.

kartofdan-zrazi-05


6. Kotlet hər tərəfli suxarıya batırılır.

kartofdan-zrazi-06


7. Orta odda hər tərəfli qızardılır.

kartofdan-zrazi-07


8. Vəssalam! Kartoflu zrazılar hazırdılar. Süfrəyə müxtəlif souslarla verilə bilər. Nuş olsun!

kartofdan-zrazi-08

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1599/potato-zrazy/

Bənzər reseptlər:

1 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-15 09:58

    Salam belə bir reseplə tanış olmuşam. Mütləq edəcəm çooox dadlı görünür.. Əllərinizə sağlıq!