Küftə-bozbaş

Hazırlanma vaxtı:
Küftə-bozbaş

Tərkibi və istifadə olunan ərzaqlar

  • 500 qr çəkilmiş mal əti
  • 2 ədəd baş soğan
  • 1 stəkan noxud
  • 0,5 stəkan düyü
  • 2 x/q kərə yağı
  • 8 ədəd kartof
  • 8 ədəd alça turşusu
  • nanə
  • sarıkök
  • duz

Hazırlanma qaydası

1. Noxud yaxşı yuyulur, üstünə su alınır bişənə kimi qaynadılır.

kufte_2


2. Çəkilmiş ətə çəkilmiş 2 ədəd soğan, yuyulmuş düyü vurulur və yaxşı qarışdırılır.


3. Alınmış ətdən küftələr hazırlayırıq. Küftənin ortasına alça turşusu qoyuruq (8 ədəd küftə alınır).

kufte_3


4. Qazana 1,5 litr su töküb qaynadırıq.


5. Su qaynayan zaman küftələri, noxudu suya tökürük.

kufte_4


6. Küftənin düyüsü biraz bişəndə soyulmuş, yuyulmuş kartofları tökürük.


7. Qazana kərə yağı, duz, sarıkök əlavə olunur.

kufte_5


8. Kartof bişdikdən sonra yemək qazdan götürülür.


9. Süfrəyə verilən zaman üzərinə nanə tökülür.

kufte_1

Nuş olsun!

 

 

Bənzər reseptlər: