Mal ətindən medalyon

Hazırlanma vaxtı:
Mal ətindən medalyon

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd mal ətindən medalyon
  • 3-4 zolaq bekon
  • 1 ədəd baş soğan
  • 1 diş sarımsaq
  • 20 qr kərə yağı
  • zeytun yağı
  • duz
  • qara təzə əzilmiş istiot
  • pambıqdan kəndir

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

mal-etinden-medalyon-01


2. Ətlər yüngülcə çəkiclə döyülür. Yüngül döymə əti yumşaldır. Ət qızararkan onun tərkibində olan liflər sıxılır və ət bərkiyir. Döymə nəticəsində liflər xırda hissələrə parçalanır və mənfi effekt aradan qalxır.

mal-etinden-medalyon-02


3. Ətin hər bir hissəsi bekon zolağı ilə dolanıb kəndirlə bağlanır.

mal-etinden-medalyon-03


4. Duz və istiot vurulur.

mal-etinden-medalyon-04


5. Tava yaxşı qızdırılır və az miqdarda zeytun yağı əlavə edilir. Duz və istiot vurulmuş ətlər tavaya düzülərək üzərindən biraz sıxılır və sonra tərpədilmir. Bir tərəfi üstə təqribən 2 dəqiqə qızardılır.

mal-etinden-medalyon-05


6. Ətlər çevirilir və digər tərəfi üstə təqribən 2 dəqiqə qızardılır. Reseptdəki ətlər orta miqdarda qızardılır, sulu və bir qədər qanlı alınır. Əgər siz daha çox qızardılmış ət sevirsinizsə, o zaman vaxtı 3-3,5 dəqiqəyə qədər artıra bilərsiniz (ondan çox olmaz!). Qızartma zamanı ətlər tərpədilməməlidir.

mal-etinden-medalyon-06


7. Ətlər həmçinin yan tərəfi üzərində təqribən 2 dəqiqə qızardılır, tavaya əzilmiş sarımsaq və kərə yağı əlavə edilir.

mal-etinden-medalyon-07


8. Hissələrin üzərinə tavada əridilmiş yağ əlavə edilir.

mal-etinden-medalyon-08


9. Tavaya yarı halqa şəklində doğranmış soğan əlavə edilir. Daha 2-3 dəqiqə qızardılır və ətlərin üzərinə qızardılmış soğanlardan vurulur.

mal-etinden-medalyon-09


10. Ətlərə rom və ya konyak vurulur.

mal-etinden-medalyon-10


11. Yandırılır və spirtin tam itməsi gözlənilir.

mal-etinden-medalyon-11


12. Ətlər qəfəs üzərinə yerləşdirilir.

mal-etinden-medalyon-12


13. Sous hazırlanır. Bunun üçün ətlər bişən tavaya bir qədər qırmızı şərab və biraz yağlı qaymaq əlavə edilir.

mal-etinden-medalyon-13


14. Qatılaşana qədər az odda bir qədər qaynadılır.

mal-etinden-medalyon-14


15. Çox dadlı və ətirli alınan mal ətləri istənilən qarnirlə süfrəyə verilə bilər. Nuş olsun!

mal-etinden-medalyon-15

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1306/beef-medallion/

Bənzər reseptlər: