Minestrone

Hazırlanma vaxtı:
Minestrone

Tərkibi və istifadə olunan ərzaqlar

  • 450 qr konservləşdirilmiş ağ lobya
  • 150 qr (və ya 7 zolaq) bekon (donuz basdırması)
  • 2 ədəd orta ölçülü kartof
  • 3-4 ədəd kərəviz saplağı
  • 1 ədəd iri baş soğan
  • 1 ədəd acı bibər
  • 1 ədəd qırmızı şirin bibər
  • 1 ədəd yunan qabağı (kabaçok)
  • 125 qr qabıqlı lobya
  • 250 ml yaşıl noxud (təzə və ya dondurulmuş)
  • 2 ədəd iri pomidor
  • 800 ml tomat şirəsi və ya konservləşdirilmiş qabıqsız pomidor
  • 2 diş sarımsaq
  • 12 ədəd təzə reyhan yarpağı
  • 60 ml zeytun yağı
  • duz
  • təzə əzilmiş qara istiot
  • parmesan pendiri (və ya İsveçrə pendiri)

Hazırlanma qaydası

Minestrone italya mətbəxində pizza kimi tez-tez hazırlan ənənəvi yeməkdir. Mövsümi tərəvəzlərdən ibarət olan minestronenin tərkibində həmçinin makaron və ya düyü olur. Bundan əlavə bu şorba həm veqetarian üsulunda həm də tərkibində ət olmaqla hazırlana bilər. Olduqca dadlı və faydalı şorbadır.

1. İnqredientlər.

minestrone-01


2. Bütün tərəvəzlər xırda kubik şəklində doğranılır. Acı bibər tumlarından təmizlənir və həmçinin xırda doğranılır.

minestrone-02


3. Tərəvəzlər iki qarışıq kütlələrə bölünür. Birinci qarışıq: soğan, kərəviz, acı bibər.

minestrone-03


4. İkinci qarışıq: kartof, şirin bibər, yaşıl noxud, qabıqlı lobya, yunan qabığı.

minestrone-04


5. Bekon doğranılır.

minestrone-05


6. Qazanda zeytun yağı isidilir və bekon əlavə edilir. Bir neçə dəqiqə orta odda qızardılır, diqqət yetirin ki bekon sadəcə yağlarını əritsin, tam qızarmasın. Zövqə görə bu şorbanı ətsiz də bişirmək olar, lakin bekonla daha dadlı alınır.

minestrone-06


7. Birinci qarışıq qazana əlavə edilir və üzərinə sarımsaq əzilir. Az odda 10 dəqiqə pörtlədilir.

minestrone-07


8. Bu arada pomidorlar təmizlənir. Xaç şəklində kəsiklər edilib qaynar suya əlavə edərək 3 dəqiqə saxlanılır.

minestrone-08


9. Sonda sudan çıxarıb qabığı təmizlənir.

minestrone-09


10. Tam əzmə şəklində olana qədər pomidorlar blenderdən keçirilir.

minestrone-10


11. Pomidorlar qazana əlavə edilərək 5 dəqiqə bişirilir.

minestrone-11


12. Konservləşdirilmiş pomidordan istifadə edirsinizsə, onları blenderdən keçirin. Lakin, əgər siz tomat şirəsindən istifadə edirsiniz, o zaman bu etapı buraxa bilərsiniz.

minestrone-12


13. Tomat şirəsi qazana əlavə edilir və 5 dəqiqə daha az odda bişirilir.

minestrone-13


14. Qazana ikinci qarışıq əlavə edilir. Daha 5 dəqiqə bişirilir.

minestrone-14


15. Lobya əlavə edilir və daha 5 dəqiqə bişirilir.

minestrone-15


16. Qaynar su ilə qazan doldurulur. Duz və istiot əlavə edilir. Daha 10 dəqiqə bişirilir. Şorba bir qədər qaynamalıdır. Altı söndürülür. Nəhayət şorba hazırdır! Əsil reseptdə, sonda şorbaya xırda doğranmış spaqetti əlavə edilir, biz əlavə etmədik.

minestrone-16


17. Reyhan yarpaqları xırda doğranılır.

minestrone-17


18. Süfrəyə verərkən üzərinə doğranmış reyhan və parmesan pendiri əlavə edilir. Nuş olsun!

minestrone-18

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1848/minestrone/

1 Şərh yazılıb

  1. Kimdən: Nilay 
    #
    2015-05-14 09:40

    Salam.. Bu yeməyin içərisinə bekon vurulmasa daha yaxşı olar... Bekon-u gördüm/ ürəyim bulandı :( :( :(