Tərkibi və istifadə olunan ərzaqlar
- 1 stəkan perlova
- 1 ədəd soğan
- 1 ədəd kartof
- 50 qr kərə yağı
- tomat pastası
- sarıkök
- duz
Hazırlanma qaydası
1. Perlova yuyulur, üzərinı su tökülür bişənə kimi qaynadılır.
2. Soğan xırda kub şəklində doğranılır tavada qızardılır. Qızarana yaxın üzərinə tomat pastası, sarıkök əlavə olunur 3 dəqiqə biryərdə qızardılır.
3. Qızarmış soğan perlovaya əlavə olunur.
4. Kartofun qabığı təmizlənir, yuyulur, kiçik kub şəklində doğranılır və şorbaya əlavə edilir.
5. Şorbaya duz vurulur, kartofu bişdikdə qazdan götürülür.
Nuş olsun!