Qarın qutabı

Hazırlanma vaxtı:
Qarın qutabı

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmir üçün: 

  • 800 qr un
  • 1 ç/q duz
  • su

İçlik üçün:

  • 1 kq qarın (mal və ya qoyun)
  • 300 qr quyruq
  • 3 ədəd soğan
  • duz
  • istiot
  • nar və ya zirinc

Hazırlanma qaydası

1. İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.

qarin_qutab1

2. Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.

qarin_qutab2

3. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır

qarin_qutab3

4. Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.

qarin_qutab4

5. Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.

qarin_qutab5

qarin_qutab6

6. Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.

qarin_qutab7

Reseptlə əlaqəli hər hansı sualınız yaransa, aşağıda, şərhdə bizə müraciət edə bilərsiniz. Nuş olsun!

Bənzər reseptlər:

2 Şərh yazılıb

  1. Kimdən: Turaneden 
    #
    2014-10-17 19:33

    Salam bilmek isteyirem qarin bisenden sonra et masinindan kecirilir yoxsa ciy veziyetde

    • Kimdən: Admin 
      #
      2014-10-18 07:05

      Hazırki reseptdə təmizlənmiş çiy vəziyyətdə qarından istifadə olunub. Qutabın sulu-yağlı olması üçün qarın çiy vəziyyətdə maşından keçirilir. Quru-yağsız olması üçün əvvəlcədən qarın suda qaynadılır, sonra bişmiş qarın və soğan ət maşınından keçirilir.