Qat-qat xəmirdən peraşki

Hazırlanma vaxtı:
Qat-qat xəmirdən peraşki

Tərkibi və istifadə olunan ərzaqlar

Ərzaqlar:

  • qat-qat xəmir (hazır mağazadan alınmış)
  • 1 ədəd yumurta sarısı
  • küncüt və ya çörək otu

İçlik üçün lazım olan ərzaqlar:

  • 2-3 ədəd kartof (ət, ciyər də istifadə eləmək olar)
  • 1 ədəd soğan

Hazırlanma qaydası

1. Kartofun qabığı soyulur, yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır.


2. Soğan soyulur, doğranılır və yağda qızardılır.


3. Kartof bişdikdən sonra üzərinə qızardılmış soğan əlavə olunub əzmə (püre) halına salınır.


4. Xəmir oxlov köməyi ilə 1 sm qalınlığda açılır və içinə püredən qoyulub ağzı istədiyimiz formada bağlanılır.


5. Üzərinə yumurta sarısı vurulub, zövqə görə küncüt və ya çörək otu səpilir.


6. Əvvəlcədən 190 dərərcədə isidilmiş sobada 20-25 dəqiqə bişirilir.

Nuş olsun!

5 Şərh yazılıb

  1. Kimdən: arzu 
    #
    2015-02-11 15:26

    Cox saq olunki bu retsepleri yazmaqla biz qadinlara evdekilere lezzetli sufre hazirlamaqa yardimci olursuz.twk

    • Kimdən: Admin 
      #
      2015-02-17 14:24

      Siz sağolun ki bizi izləyərək daha da həvəsləndirirsiniz!

  2. Kimdən: mihrimah 
    #
    2015-03-17 15:22

    Onun kimi mende bişirmişdim.ama bezisinin arasına ət beIsinede pendir qoymuşdum.əla alınmışdı.

    • Kimdən: Nilay 
      #
      2015-05-12 16:17

      Salam sizlərə öz minnətdarlığımı bildirirəm. Bu sayt Azərbaycanın fəxridi. Tşk sizlərə...

      • Kimdən: Admin 
        #
        2015-05-12 22:54

        Çox sağolun Nilay xanım!