Qızardılmış lavrak filesi

Hazırlanma vaxtı:
Qızardılmış lavrak filesi

Tərkibi və istifadə olunan ərzaqlar

  • 190 qr lavrak balığı filesi
  • 186 qr pomidor
  • 2 qr duz
  • 1 qr üyüdülmüş qara istiot
  • 30 qr bitki yağı
  • 2 budaq kəklikotu
  • 20 qr baş soğan
  • 5 qr reyhan
  • 30 qr zeytun yağı
  • 40 qr laym
  • 280 qr ağ çörək

Hazırlanma qaydası

1. İnqredientlər hazırlanır.

lavrak-baliq-file-1


2. Balıq filesi iri hissələrə doğranılır, təqribən 11sm x 6sm, duzlanıb istiotlanır.

lavrak-baliq-file-2


3. İki tərəfli bitki yağında qızardılır.

lavrak-baliq-file-3


4. Balığa iki tərəfli kəklikotu vurulur, tavaya perqament kağızı sərilərək balıq onun üzərinə qoyulur. Əvvəlcədən 180 dərəcə temperaturunda isidilmiş sobada 10-12 dəqiqə bişirilir.

lavrak-baliq-file-4


5. Salat hazırlanır. Pomidorlar üçbucaq formada doğranılır, xalqa şəklində doğranmış soğan əlavə edilir, zeytun yağı, duz və istiot vurulur. Sonda tərəvəzlərə reyhan əlavə edilir.

lavrak-baliq-file-5


6. Çorək dilimlərə kəsilir və içi yumşaq qalaraq, iki tərəfli tavada qızardılır.

lavrak-baliq-file-6


7. Süfrəyə verildikdə, boşqabın ortasında salat, üstündə isə isti lavrar balığı qoyulur. Balığın yanına bəzək kimi laym və şüyüd əlavə etmək olar.

lavrak-baliq-file-7

Nuş olsun!

lavrak-baliq-file-8

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13994-file-sibasa-s-salatom/

Bənzər reseptlər: