Qızardılmış xanı balığı filesi

Hazırlanma vaxtı:
Qızardılmış xanı balığı filesi

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5 ədəd xanı balığı filesi
  • duz
  • günəbaxan yağ
  • əzilmiş qara istiot
  • limon

Ədviyyatlar:


Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

xani-baligi-file-1


2. Xanı balığı filesi buzdan əridilir, yuyulur və qurudulur. Sonra filenin hər biri duzla, istiotla sürtülür və limon şirəsi ilə səpələnir. Hazırlanmış file hissələrini boşqaba yığıb, üzərinə limon dilimləri düzülərək 1 saat saxlanılır.

xani-baligi-file-2


3. Balıq özünü tutana qədər, eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülərək qəhvəüyüdən maşından keçirdilir. Alınan ədviyyatlar qarışığı ilə balıq hissələri hər tərəfli sürtülür. Sonra isə filelər hər tərəfli una batırılır.

xani-baligi-file-3 xani-baligi-file-4
xani-baligi-file-5 xani-baligi-file-6

4. Qızılı rəng alana qədər, günəbaxan yağda qızardılır.

xani-baligi-file-7 xani-baligi-file-8

5. Filenin belə original dadına siz çox təəcüblənəcəksiniz, hamısının səbəbkarı isə ədviyyatlardır. Qızardılmış fileni tamamlamaq üçün yanına yüngül salat və qızardılmış kartof əlavə etmək olar.

xani-baligi-file-9

xani-baligi-file-10


Daha doyumlu olması üçün balığı süfrəyə düyü ilə vermək olar

xani-baligi-file-11

Yayda isə balığın yanında süfrəyə xiyar, pomidor, kahı, yaşıl soğan, keşniş və cəfəridən hazırlanan salat əlavə etmək olar. Nuş olsun!

xani-baligi-file-13

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/04/sebastes-with-spices.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər: