Qızarılmış xırt-xırtlı kartof

Hazırlanma vaxtı:
Qızarılmış xırt-xırtlı kartof

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 x/q əridilmiş kərə yağı
  • 1 x/q zeytun yağı
  • 1 kg təmizlənmiş kartof
  • 2 ədəd soğan
  • 1/2 və ya 1 ç/q qırmızı pul bibər
  • zövqə görə duz
  • 4 dəstə təzə rozmarin (əvəzində kəklik otuda işlənə bilər)

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

qizarilmish-xirt-kartof-1


2. Soba 375 dərəcəyə dək qızdırılır. Balaca boşqabda kərə yağı ilə zeytun yağı qarışdırılır və sobanın tavasına bolluca yayılır.

qizarilmish-xirt-kartof-4


3. İti bıcaqla və ya xüsusi sürtkəc (mandolin) ilə kartof nazik dilimlərə doğranılır.

qizarilmish-xirt-kartof-2


4. Soğan doğranılır.

qizarilmish-xirt-kartof-3


5. Kartof dilimləri vertikal şəkildə boşqaba düzülür, aralarına soğan doldurulur. Üzərinə duz, qırmızı pul bibər və qalan yağ əlavə edilir. Sobada 75 dəqiqə ərzində bişirilir. Çıxarılandan sonra üzərinə rozmarin budaqları (və ya kəklik otu) əlavə edilərək 30-35 dıqiqəlik, xırt-xırtlı alınanacan, sobada bişirilir.

qizarilmish-xirt-kartof-5


6. Nuş olsun!

qizarilmish-xirt-kartof-6

qizarilmish-xirt-kartof-7

 

Məqalə http://www.freshnessgf.com/ saytından tərcümə edilib.

Mənbə http://www.freshnessgf.com/crispy-potato-roast/

Bənzər reseptlər: