Sadə kartof əzməsi

Hazırlanma vaxtı:
Sadə kartof əzməsi

Tərkibi və istifadə olunan ərzaqlar

  • 5 ədəd orta ölçüdə kartof
  • 1 ç/q yağlı qaymaq

Hazırlanma qaydası

Kartof əzməsi (püresi) əlavə olaraq bir çox yeməklərin yanında istifadə edilir. Balıq yeməklərinin yanında isə daha dadlı alınır.

1. İnqredientlər.

kartof-puresi-01


2. Kartof təmizlənir, yuyulur, iri doğranılır və qazana yerləşdirilir. Üzərinə yalnız kartofu örtənə qədər su əlavə edilir. Duzlanır və orta odda hazır olana qədər bişirilir.

kartof-puresi-02


3. Vaxtını ötürməyin! Kartofun hazır olmağını yoxlamaq asantdır. Bunun üçün bıçağı kartofa batırmağınız bəs edər, əgər kartof sürüşüb bıçaqdan düşürsə demək o hazırdır.

kartof-puresi-03


4. Kartofa maye əlavə edilmədən mikserlə əzilir.

kartof-puresi-04


5. Yalnız kartof tam əzmə şəklində olandan sonra onun tərkibinə müəyyən ədviyyatlar və bizim halda 1 çay qaşığı yağlı qaymaq əlavə etmək olar. Yaxşı qarışdırılır.

kartof-puresi-05


6. Və budur, kartof əzməsi hazırdır. Praktiki olaraq istənilən yemək üçün əla qarnirdir. Nuş olsun!

kartof-puresi-06

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/285/mashed-potatoes/

Bənzər reseptlər: