Sadə tomat sousu

Hazırlanma vaxtı:
Sadə tomat sousu

Tərkibi və istifadə olunan ərzaqlar

  • 7-8 ədəd orta ölçüdə pomidor
  • 1 banka koservləşdirilmiş təmizlənmiş və doğranmış pomidor
  • 1 ədəd baş soğan
  • 3-4 diş sarımsaq
  • 3 budaq rozmarin
  • 3 budaq kəklikotu
  • 1 ədəd dəfnə yarpağı
  • 1 x/q zeytun yağı
  • zövqə görə duz və istiot

Hazırlanma qaydası

Bu ətirli və təzə sous bir çox ətli və ya xəmirli xörəklərnən birgə süfrənizi bəzəyə bilər.

1. İnqredientlər.

tomat-sousu-01


2. Pomidorlar yuyulur və qabığı rahat soyulması üçün üz hissəsində xaç şəklində kəsiklər edilir.

tomat-sousu-02


3. Sonra pomidorlar bir neçə dəqiqə qaynar suda saxlanılır.

tomat-sousu-03


4. Bu arada soğan və sarımsaq xırda doğranılır.

tomat-sousu-04


5. Qaynar su süzülür və pomidorların qabığı çıxarılır.

tomat-sousu-05


6. Qabığı çox rahat soyulmalıdır.

tomat-sousu-06


7. Pomidorlar blenderə yerləşdirilir.

tomat-sousu-07


8. Təqribi bir litr əzilmiş pomidor alınır.

tomat-sousu-08


9. Qazanda, az odda bir xorək qaşığı zeytun yağı qızdırılır və təqribi bir dəqiqə ərzində sarımsaqlar qızardılır.

tomat-sousu-09


10. Soğan əlavə edilir və şəffaf olana qədər qızardılır.

tomat-sousu-10


11. Sonra konservləşdirilmiş pomidorlar əlavə edilir və qaynadılır. Hamısı az odda görülür.

tomat-sousu-11


12. Qaynadıqda blenderdən çəkilmiş pomidorlar əlavə edilir, dəfnə yarpağı və otlar.

tomat-sousu-12


13. Təqribi bir saat, vaxtaşırı qarışdıraraq bişirilir. Sous bir qədər qatılaşıb həcmi azalmalıdır. Hazır olmasına az qalmış zövqə görə duz və istiot əlavə edilir.

tomat-sousu-13


14. Beləliklə sous hazırdır! İstədəyiniz kimi onu istifadə edə bilərsiniz. Hazır sousu bir neçə gün soyuducuda saxlamaq olar, istifadə edildikdə isə sadəcə qızdırılmalıdır.

Nuş olsun!

tomat-sousu-14

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/272/simple-tomato-sauce/

Bənzər reseptlər: