Sobada pirojki

Hazırlanma vaxtı:
Sobada pirojki

Tərkibi və istifadə olunan ərzaqlar

Xəmir üçün lazım olan ərzaqlar:

  • 0,5 stəkan su
  • 7 qr maya
  • 4-5 stəkan un
  • 0,5 stəkan süd
  • 0,5 stəkan duru yağ
  • 1 ədəd yumurta 
  • 1 ədəd yumurta ağı
  • duz

Kartoflu içlik üçün lazım olan ərzaqlar:

  • 3 ədəd kartof
  • 1 ədəd soğan
  • yağ
  • duz
  • istiot

Ətli içlik üçün lazım olan ərzaqlar:

  • 200 qr qiymə
  • yağ
  • duz
  • istiot

Hazırlanma qaydası

1. Stəkan götürülür içinə maya, 1 ç/q şəkər tozu, 1 ç/q un əlavə olunub iliq su ilə hell olunur. Mayanı isti yerde saxlayırıq ki şişsin (qazın yanına qoymaq məsləhətdi).

2. Xəmiri hazırlamaq üçün qaba yumurtalar, ilıq su, ilıq süd, yağ, maya, duz tökülüb əlnən qarışdırılır. Sonra üzərinə un əlavə olunur.

perashki_1

3. Yumuşaq, ələ yapışmayan xəmir alınır. Xəmirin acıması üçün 1 saat isti yerde saxlayırıq.

perashki_2

4. Xəmir acıyana kimi içlik hazırlanır. Kartoflu içıik hazırlamaq üçün kartof soyulur, doğranılır, üzərinə su alınıb bişənə kimi qaynadılır.Kartof bişdikdə püre halına salınır üzərinı zövqə görə duz, istiot, yağda qızarılmış soğan vurulur və qarışdırılır.

perashki_3

5. Ətli içlik üçün qiymə yağda yaxşı qızardılır, duz istiot əlavə olunub qarışdırılır.

perashki_4

6. Xəmir acıyandan sonra xırda kündələr şəklinə salınır. Hər kündə dairə formasında açılır içinə içlik qoyulub pirojki formasında bağlanılır və tavaya düzülür.

perashki_6

7. Pirojkilərin üzərinə fırça köməyi ilə yumurta sarısı vurulur və zövqə görə üzərinə küncüt, çörək otu səpilir.

perashki_7

8. Əvvəcədən 200 dərəcə isidilmiş sobada  qızarana qədər bişirilir.

perashki_8

Nuş olsun!

 

Bənzər reseptlər: