Sobada tərəvəzli toyuq

Hazırlanma vaxtı:
Sobada tərəvəzli toyuq

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 ədəd toyuq
  • 3-4 ədəd baş soğan
  • 4-5 ədəd kartof
  • 2 ədəd bolqar bibəri
  • 6 ədəd badımcan
  • 5 diş sarımsaq
  • 4 ədəd pomidor
  • duz
  • istiot
  • razyana
  • keşniş toxumu
  • toyuq bulyonu
  • 3-4 x/q əridilmiş yağ

Hazırlanma qaydası

1. Lazım olan tərəvəzlər və ədviyyatlar hazırlanır.

sobada-terevezli-toyuq-01

sobada-terevezli-toyuq-02


2. Toyuq yuyulur, qurudulur və 4 yerə kəsilir. Hissələr duzlanır, ətirli istiot və ədviyyatlar vurulur. Reseptdə 1 ç/q razyana və 1 ç/q keşniş toxumu qəhvəüyüdəndən keçirdilərək istifadə edilib.
Tavanın dibinə doğranmış soğan, üzərinə toyuq hissələri düzülür.

sobada-terevezli-toyuq-03


3. Kartof yuyulur, təmizlənir və iri hissələrə doğranılır. Toyuq əti kimi, kartoflarda duzlanır və ədviyyatlarla səpilir.

sobada-terevezli-toyuq-04


4. Doğranmış sarımsaq əlavə edilir. Ardınca kubik formasında doğranmış bibər və badımcan ədviyyatlarla səpilib tavaya əlavə edilir.

sobada-terevezli-toyuq-05


5. Üstdən dairəvi formada doğranmış pomidor dilimləri düzülür, bir qədər sarımsaq və bir çömçə toyuq bulyonu əlavə edilir.

sobada-terevezli-toyuq-06


6. Əvvəlcədən 200-220°C temperaturunda qızdırılmış sobada 1,5 saatlıq bişirilir.

sobada-terevezli-toyuq-07


7. Bu müddət ərzində tərəvəzlər tam hazır olacaq və toyuq hissələri qızaracaq. Artıq isti-isti süfrəyə vermək olar, nuş olsun!

sobada-terevezli-toyuq-08

 

Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.

Mənbə http://www.golosova.net/2014/08/roast-from-chicken-and-assorted-vegetables.html

(photo by Diana Ashumova)

Bənzər reseptlər:

1 Şərh yazılıb

  1. Kimdən: sevgim 
    #
    2015-09-03 13:20

    cox lezzetli yemekdi.