Steyk Ribay

Hazırlanma vaxtı:
Steyk Ribay

Tərkibi və istifadə olunan ərzaqlar

  • 2 ədəd ribay (malın qabırğa hissəsinin ət parçası)
  • duz
  • istiot
  • sarımsaq
  • 10 qr zeytun yağı

Hazırlanma qaydası

Hər kəsin bildiyi bifşteks və langet - steyk növləridir. Steyk ingilis dilindən tərcümədə "steak" - hissə deməkdir, beləliklə bifşteks ingiliscə "beef" (mal) və "steaks" (hissələr)) mənasındadır. Ribay (ing."ribeye") - heyvanın qabırğa hissəsindən çıxarılan ət parçasıdır. Ribaydan hazırlanan steyk olduqca dadlı və ləzzətli olur, əsas isə onu düzgün hazırlamaqdır.

1. İnqredientlər.

steyk-ribay-01


2. Tava maksimum dərəcədə qızdırılır. Xüsusi manqalvari dibi olan tava ilə steyk daha gözəl alınır.

steyk-ribay-02


3. Tava qızarkən, ət iki tərəfli mətbəx çəkici ilə yüngülcə vurulur.

steyk-ribay-03


4. Sonra ətə hər tərəfli əzilmiş sarımsaq çəkilir, duz və istiot vurulur.

steyk-ribay-04


5. Ardınca ətlər qaynar tavada iki tərəfli qızardılır. Adi tavada ətin hər tərəfinə 40 saniyə vaxt ayırmaq olar. Qızartma zamanı ət tərpədilmir.

steyk-ribay-05


6. O birisi üzünə çevirib yenidən 40 saniyə qızardırıq.

steyk-ribay-06


7. Sonra steyklər çıxarılıb boşqaba əlavə edilir. Hərəsinin üzərinə 5-7 qr kərə yağı, yanına isə zövqə görə bir dəstə tərxun qoyulur. Boşqab folqa (və ya digər qabla) bağlanıb 10 dəqiqə saxlanılır.

steyk-ribay-07


8. Süfrəyə verərkən yanında qarnir kimi qızardılmış kartof və kahı vermək olar. Nuş olsun!

steyk-ribay-08

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/1776/biskvit/