Suf balığı Orli

Hazırlanma vaxtı:
Suf balığı Orli

Tərkibi və istifadə olunan ərzaqlar

  • 100 qr suf balığının filesi
  • 10 qr bitki yağı
  • 200 ml inək südü
  • 70 qr un
  • 2 əd toyuq yumurtası
  • 200 qr kartof püresi
  • 30 ml ağ çaxır
  • 5 qr şüyüd 
  • zövqə görə duz
  • zövqə görə istiot

Hazırlanma qaydası

1. Ərzaqlar hazırlanır.

suf_orli1


2. Filenin dərisi soyulur.

suf_orli2


3. Suf balığınıın filesi xırda hissələrə doğranıb boşqaba yığlılr.

suf_orli3


4. Üzərinə xırda doğranmış göyərti səpilir.

suf_orli4


5. Ağ çaxır əlavə edilir.

suf_orli5


6. Bitki yağı əlavə edilir.

suf_orli6


7. Duz, istiot əlavə edilib qarışdırılır.

suf_orli7


8. Maye xəmirin hazırlanması üçün ilk olaraq yumurtanın ağları digər boşqaba tökülür (yumurtanın sarısı lazım olmayacaq).

suf_orli8


9. Mikserlə ağlar çalınır.

suf_orli9


10. Digər boşqabda unu duzla qarışdırıb süd əlavə edib maye xəmir halına gətiririk.

suf_orli10


11. Alınmış məhlula yumurtanın ağları əlavə edilir və ehtiyyatla qarışdırılır.

suf_orli11


12. Balığın hissələri maye xəmirə batırıb qızardılır.

suf_orli12


13. Kartof püresini çalmaq, qənnadı torbasına qoymaq və bəzəkli şəkildə boşqaba əlavə etmək.

Məsləhət! Restoranın şef-aşpazı dadlı püre hazırlamaq üçün belə nisbətlər məsləhət görür: 200 qr kartof, 50 qr süd, 50 qr qaymaq, 10 qr kərə yağı və zövqə görə duz.

suf_orli13


14. Süfrəyə verərkən yanında tartar sousu da vermək olar.

suf_orli14


15. Nuş olsun!

suf_orli15

 

Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.

Mənbə http://lady.mail.ru/recipe/13666-sudak-orli/

Bənzər reseptlər: