Toyuq budu şərabda

Hazırlanma vaxtı:
Toyuq budu şərabda

Tərkibi və istifadə olunan ərzaqlar

  • 6 ədəd toyuq budu
  • 2/3 şüşə qırmızı quru şərab
  • 80 qr zeytun yağı
  • 40 qr kərə yağı
  • 3 ədəd orta ölçüdə baş soğan
  • 350 qr kərəviz
  • 3 diş sarımsaq
  • 5 ədəd kəklikotu
  • 3 ədəd rozmarin
  • ağ istiot
  • təzə əzilmiş qara istiot
  • duz

Hazırlanma qaydası

Bildiyiniz qədər toyuq ətinə xüsusi ədviyyatlar vurulmasa maraqsız və dadsız alınar. Bu reseptdə hazırlanan toyuq əti isə qeyri-adi və zəngin dadı ilə fərqlənir. Şərabda pörtlədilmiş ət isə daha yumşaq və ətirli alınır.

1. İnqredientlər.

toyuq-budu-sherabda-01


2. Soba 200°C temperaturunda qızdırılır. Kərəviz özəkləri yuyulub qurudulur. Soğan təmizlənir və iri halqalar şəklində doğranılır. Tərəvəzlər sobanın tavasına düzülür və zeytun yağı ilə səpilib 15 dəqiqəlik sobaya yerləşdirilir.

toyuq-budu-sherabda-02


3. Dərin tavada zeytun yağı ilə qarışdırılaraq kərə yağı əridilir.

toyuq-budu-sherabda-03


4. Toyuq əti tavada iki tərəfli qızardılır.

toyuq-budu-sherabda-04


5. Bu arada diş sarımsaqlar qabıq qarışıq əzilir, rozmarin yarpaqları özəklərindən ayrılır.

toyuq-budu-sherabda-05


6. Tərəvəzlər sobadan çıxarılıb toyuq budlarının üzərinə əlavə edilir. Yaxşı duzlanıb istiotlanır. Rozmarin yarpaqları, kəklikotu və sarımsaq əlavə edilir. Şərabın 2/3 hissəsi əlavə edilib qazanın qapağı bağlanır və təqribən 1 saat ərzində pörtlədilir.

toyuq-budu-sherabda-06


7. Bir saatdan sonra tavanın qapağını açıb şərabın buxarlanmasını gözləyirik (təqribi 30 dəqiqə).

toyuq-budu-sherabda-07


8. Nəhayət toyuq budu hazırdır və süfrəyə vermək olar. Çox dadlı və ətirli yemək alınır, nuş olsun!

toyuq-budu-sherabda-08

 

Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.

Mənbə http://hellokitchen.ru/277/meatballs-in-tomato-sauce/

Bənzər reseptlər: