Tərkibi
- 1/4 ədəd limon
- 3 ədəd çiyələk (təzə və ya dondurulmuş)
- 2 ç/q şəkər tozu
- 2 budaq tərxun
- 2 budaq nanə
- 50-70 qr qazlı su
- buz parçaları
1. İnqredientlər hazırlanır.
2. Stəkana limon dilimləri, tərxun və nanə budaqları əlavə edilir.
3. Çiyələklər əlavə edilir və hamısı əzmə aləti ilə əzilir.
4. Üzərinə buz parçaları və şəkər tozu əlavə edilir.
5. Qazlı su əlavə edilir.
6. Nanə yarpaqları və limon dilimi ilə bəzədilib süfrəyə verilir. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə https://lady.mail.ru/recipe/14689-klubnichnyj-limonad/