Pina kolada kokteyli

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 50 ml ağ rom 
  • 100 ml ananas şirəsi
  • 50 ml kokos şirəsi
  • 3-4 kubik buz
  • 20 ml qaymaq
  • Bəzəmək üçün: ananas dilimləri, albalı dənəsi.

Əslində ispancadan bu kokteylin adı "Pinya kolada" kimi tələffüz edilir, lakin həm rus, həm türk, həmdə bizim dildə bu kokteylin tələffüzü pinakolada kimi dilimizə bağlanıb.

Tarixi boyu pina kolada təkcə ananas şirəsi kimi tanınmışdır. Sonralar tərkibinə spirtli içki olan rom əlavə edilmişdir. Və XX-ci əsrin ortalarında Puerto Riko barlarının birində, hazırda bildiyimiz "Pina Colada" kokteylin resepti tanınmış və tezliklə böyük populyarlıq qazanmışdır.

Hazırlanması çox sadədir.

Yuxarıda sadalanan inqredientləri və buz parçalarını blender və ya şeykerlə yaxşıca qarışdırıb, bokala tökmək. Sonra bokalı ananas dilimi və albalı ilə bəzəyə bilərsiniz. Kokteylin dadı dahada ləzzətli olması üçün, bokalın əvəzinə içərisi təmizlənmiş ananasdan da istifadə edə bilərsiniz.


- Ananas şirəsi, kokos şirəsi və rom.

Spirtli içki qəbul etməyənlər reseptdən romu çixara bilərlər. Bu halda kokteylin dadı heçdə dəyişmir.