Pomidor, şaftalı və fıstıq şirəsi

  • Hazırlanma vaxtı:

Tərkibi

2 və ya 4 porsiya üçün:

  • 4 ədəd orta şaftalı
  • 2 ədəd böyük pomidor
  • dəniz duzu
  • 8-10 ədəd təzə reyhan yarpağı (və ya 2 dəstə reyhan)
  • 1 böyük və ya 2 kiçik laym
  • yarı laymın üz qabığı
  • 28 qr fıstıq (stəkanın 1/4 hissəsi qədər)
  • 22 ml zeytun yağı

1. Ərzaqlar hazırlanır. Sonra şaftalı və pomidorların üz qabıqları soyulur (pomidor qabığını rahat soymaq haqqında burada oxuyun. Eyni qayda ilə şaftalı qabığınıda rahat soymaq mümkündür).


2. Soyulandan sonra, şaftalı, pomidor, bir çimdik dəniz duzu, 4-5 ədəd reyhan yarpağı və laym qabığı blenderdən keçirilərək laym şirəsi ilə qatılır. Şirə hazır olandan sonra zövqə görə bir daha duz vurmaq olar. Şirə 2 saatdan az olmayaraq soyuducuya yerləşdirilir.


3. Bu arada fıstıq ləpələri, 4-5 ədəd reyhan yarpağı və bir çimdik duzu mətbəx kombaynından keçirilir və ya bıçaqla xırda doğranır. Balaca boşqabda üzərinə bir qədər zeytun yağı vurulur və qarışdırılır. Şirə süfrəyə verildikdə üzərinə fıstıqdan hazırlanmış ədviyyat əlavə edilir.


4. Nuş olsun!

 

Məqalə http://gourmandeinthekitchen.com/ saytından tərcümə edilib.

Mənbə http://gourmandeinthekitchen.com/2014/chilled-tomato-peach-soup-with-pistachio-basil-pistou/