Badımcan basdırması

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 3 ədəd badımcan
  • 3 ədəd pomidor
  • 5 ədəd kartof
  • 2 ədəd yaşıl bibər
  • 2 ədəd soğan
  • 250 qr qiymə (mal və ya qoyun əti)
  • keşniş
  • şüyüd
  • duz
  • zeytun yağı
  • kərə yağı

1. Badımcan təmizlənir, uzun formada doğranılır duzlanır (duz vururuq ki badımcanın acısı çıxsın).

2. Bibər, pomidor, soğan uzun formada doğranılır.

3. Kartof təmizlənir, halqavari formada doğranılır.

4. Göyərti təmizlənir,yuyulur. Xırda doğranılır.

5. Qiyməyə duz vurulur, yumru katletler hazırlanır.

6. Qazan götürülür içinə zeytun yağı tökülür. Katletler qazanın dibinə düzlülür.

7. Katletlerin üstündən qatbaqat qalan ərzaqlar yığılır (hər qata duz vurulur). Ən sonda göyərti və kərə yağı tökülür.

8. Yeməyin üzərinə yarım stəkan su tökülür, qapağı tam bağlanılır və aşağı istilikdə suyu çəkilənə kimi bişirilir.

Nuş olsun!