Tərkibi
- 500 qr toyuq qaraciyəri
- 230 qr balqabaq (boranı)
- 250 qr alma
- 15 ədəd qırmızı istiout (noxudu)
- 65 ml quru ağ çaxır
- 2 ədəd darçın çubuğu
- 5-6 x/q bitki yağı
- 1 ç/q duz
- 1/4 ç/q əzilmiş qara istiot
1. Tavaya biraz bitki yağı əlavə edilir.
2. Əvvəlcədən yuyulub, təmizlənib və iri doğranmış toyuğun qaraciyəri tavaya düzülür.
3. Suyu tam buxarlanana qədər qızardılır və biraz duzlanır.
4. Digər tavada, bağlı qapaq altında, kubik şəklində doğranmış balqabaq yağda qızardılır. Əgər balqabağın biraz yumşaq alınmasını istəyirsinizsə bir qaşıq su əlavə edə bilərsiniz.
5. Balqabağın yanına eyni ölçüdə doğranmış alma, qırmızı (noxud boyda) istiot və 2 çubuq darçın əlavə edilir. Duz və istiot əlavə edilir. Quru ağ çaxır əlavə edilir və qarışdırılır.
6. Çaxır tam buxarlanandan sonra qızardılmış qaraciyər əlavə edilir.
7. Qarışdırılıb bir qədər tavada saxlanılandan sonra süfrəyə verilir.
8. Belə bir yemək payız axşamında sizi isidib, əhvalınızı qaldırar. Mütləq yoxlayıb bişirin! Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.
Mənbə http://lady.mail.ru/recipe/14102-kurinaja-pechen-s-tykvoj-i-jablokami/