Tərkibi
- 1kq sümüklü mal əti
- 1ədəd balaca ölçüdə kələm
- 2-3 ədəd orta ölçüdə çuğundur
- 3ədəd orta ölçüdə kök
- 2 ədəd soğan
- 3-4 ədəd kartof
- yarım dəstə cəfəri
- 1 ç/q tomat pastası
- kərə yağı
- 2-3 ədəd dəfnə yarpağı
- 1-2 diş sarımsaq
- duz
1. Ət doğranılır, yaxşı yuyulur bişənə kimi qaynadılır. Qaynadılan zaman üzərinə ətin köpüyü yığıldıqda qaşıqla götürmək lazımdı.
2. Kələm doğranılır.Kök, çuğundurun qabığı təmizlənib sürtgəcdən keçirilir hamısı bir qaba tökülür.
3. Sarımsaq doğranılır, dəfnə yarpağı yuyulub kələm, kök tökülən qaba tökülür.
4. Soğan doğranılır yağda qızardılır. Üzərinə tomat pastası tökülüb biraz qızardılır.
5. Kartofun qabığı soyulur, kub şəklində doğranılır.
6. Ət bişdikdə ətin suyunu süzgəcdən keçirdilir ki xırda sümüklər təmizlənsin.
7. Ətin üzərinə kələm, kök, çuğundur, dəfnə yarpağı, sarımsaq, tomatlı soğan, kartof tökülür. Zövqə görə duz vurulur.
8. Yeməyin kartofu bişdikdə yemək qazdan götürülür, üzərinə xırda doğranılmış cəfəri tökülür.
9. Borşu yeyərkən xama, mayonez və ya qatıqdan istifadə etmək olar.
Nuş olsun!