Tərkibi
- 800 qr təzə dana qaraciyəri
- yarı ədəd baş soğan
- yarı stəkan ağ çaxır (və ya toyuq bulyonu)
- zeytun yağı
- kərə yağı (kiçik parça)
- biraz un (üzünü unlamaq üçün)
- dəfnə yarpağı
- ağ istiot
- duz
1. İnqredientlər hazırlanır.
2. Qaraciyər üz qatından təmizlənir və orta ölçüdə dilimlərə doğranılır.
3. Duz və ağ istiotla qarışdırılımış unda doğranmış hissələr unlanır.
4. Tavaya zeytun yağı, bir qədər doğranmış soğan və dəfnə yarpaqları əlavə edilir.
5. Tavaya qaraciyər əlavə edilir.
6. Hazır olana qədər qızardılır.
7. Bir qədər ağ çaxır və ya toyuq bulyonu əlavə edilir.
8. Kiçik parça kərə yağı əlavə edilir və çaxır tam çəkilənə qədər qızardılır.
9. Hazırlanmış qaraciyər süfrəyə qarnirsiz verilir, lakin zövqə görə yanında kartof əzməsi də vermək olar.
10. Nuş olsun!
Məqalə http://lady.mail.ru/ saytından tərcümə edilib.