Tərkibi
Xəmir Üçün:
- 500 qr əla növ un,
- 1 çay qaşığı duz,
- 2 ədəd yumurta,
- 80-200 ilıq, qaynadılmış su.
İçi Üçün:
- qoyun və ya mal ətindən qiymə (bax qarışıq qiymənin hazırlanması)
Suyu Üçün:
- 3 xörək qaşığı duru yağ və ya kərə yağı,
- 1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış,
- 1 xörək qaşığı tomat,
- zövqə görə duz,
- 8 stəkan su
Üstünə səpmək üçün:
- xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə (və ya sumax).
Yanında süfrəyə vermək üçün:
- sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.
Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır - qoyun bulyonu, lakin bu reseptdə toyuq bulyonundan istifadə olunub.
Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunun əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Həmçinin düşbərənin suyuna bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki, azacıq zəfəran suyu əlavə edərək.
Bakı və Bakı ətrafı əhali düşbərəni olduqca xırda hazırlayırlar, bir qaşıqda 7-10 düşbərə yerləşirsə deməli siz əsil bakı düşbərəsi hazırlamısınız. Reseptdə daha çox rus üsulunda hazırlanmış düşbərədir (rusca pelmeni).
4 - 6 porsiya üçün nəzərdə tutulub
Düşbərə xəmirinin hazırlanması:
Bu üsulla hazırlanan xəmirdən həmçinin qutabda hazlamaq olar.
1. İnqredientlər hazırlanır.
2. Una yumurtalar əlavə edilir və duz vurulur.
3. Tədricən su qatılaraq xəmir qarışdırılır və sonra əlnən yoğrulur.
4. Xəmir hazırdır, üzərinə un töküb və dəsmal ilə üstünü bağlayıb yarım saatlıq saxlanılandan sonra istifadə etmək olar.
Düşbərə qiyməsinin hazırlanması barədə biz yazmışdıq.
Düşbərənin hazırlanması:
1. Qiymə və xəmir hazır edilir.
2. Taxtaya ələkdən bir qədər un səpilir.
3. Düşbərə xəmirinin bir hissəsi kəsilir və oxlovla yayılır.
4. Stəkan vasitəsi ilə xəmirdə dairələr kəsilir. Düşbərə hazırlayarkən kəsilmiş xımirlər qurumasın deyə onları mütləq bir birinin üstünə düzün.
5. Hazırlanmış düşbərələri yığmaq üçün digər taxta lövhə unla səpilir.
6. Çay qaşığı ilə qiymə əlavə edib düşbərə hazırlanır.
7. Qıraqları bitişdirilir.
8. Məmuniyyətlə yemək üçün 4-5 dairə xəmirdən 3-4 nəfərlik ailə üçün hazırlayırıq.
9. İş sona yekunlaşana yaxın toyuq bulyonu qaynama həddinə gətirilir.
10. Bulyon qaynayanda düşbərələri bişirmək olar. Qarışdırmağı unutmayın.
11. Təqribi 10 dəqiqə bişəndən sonra düşbərə hazır olur.
12. Düşbərəni süfrəyə verərkən zövqə görə üzərinə quru nanə və ya sumax əlavə etmək olar.
13. Nuş olsun!
Məqalə http://www.golosova.net/ saytından tərcümə edilib.
Mənbə http://www.golosova.net/2013/06/pelmeni.html
(photo by Diana Ashumova)