Tərkibi
- 8 ədəd orta ölçüdə kartof
- 400 qr göbələk (şampinyon)
- 300 ml yağlı qaymaq
- 4 diş sarımsaq
- 1 dəstə cəfəri
- 4-5 x/q zeytun yağı
- dəniz duzu
- təzə, ətirli istiot
Bu resept Rişar Bertinenin kitabından «Cook: in a Class of Your Own» götürülmüşdür. Kitabda, reseptin əvvəlində bu cür yazı var: «Warning: this dish is addictive» (Diqqət: bu yemək asıllıq yaradır) və bu həqiqətəndə belədir.
1. İnqredientlər.
2. Soba 200 dərəcəyə qədər qızdırılır. Kartof yuyulub təmizlənir və nazik dilimlərlə doğranılır.
3. Kartof yaxşı yuyulur və süzülməyə qoyulur.
4. Bu arada göbələklər doğranılır.
5. Dərin tavada, orta odda yağ isidilir. Yağ isinəndən sonra kartof dilimləri tavaya qoyulur və taxta qaşıqla yağda qarışdırılır. Duz və istiot əlavə edilir. Kartof yapışqan olana qədər qarışdırılır.
6. Eyni zamanda göbələklər üçün tava qızdırılır. Bir xörək qaşığı zeytun yağı əlavə edilib göbələklər düzülür və duzlanır.
7. Kartoflar yapışqan olan kimi sarımsaq əlavə edilir və kartof dilimlərini örtənə qədər qaymaq əlavə edilir (qaymağı zövqə görə az miqdardada əlavə etmək olar).
8. Odun dərəcəsini azaldıb qaymaq qatılaşana qədər daha 5 dəqiqə bişirilir.
9. Hazır göbələklər oddan götürülür.
10. Cəfəri xırda doğranılır.
11. Kartofları oddan götürüb dadına baxmaq olar. Bu mərhələdə duzu az olsa, zövqə görə duz və ya istiot yenidən vurula bilər. Kartofa cəfəri və göbələk əlavə edilir.
12. Hamısı qarışdırılır və xüsusi formalı boşqabda sobada 20-30 dəqiqə bişirilir.
13. Nəticədə çox dadlı və ləzzətli yemək alındı. Nuş olsun!
Məqalə http://hellokitchen.ru/ saytından tərcümə edilib.
Mənbə http://hellokitchen.ru/228/potatoes-with-mushrooms-in-cream/